Ukrayna Prezidenti Volodimir Zelenski Liviya sahillərində keçirilən əməliyyatda Rusiyanın “Merkuri” korvetinin batırıldığını və “Ka-27” helikopterinin məhv edildiyini bildirib.
Boyukmillet.com xəbər verir ki, Zelenski bu barədə əməliyyatın nəticələrinə dair məruzələrə istinadən açıqlama verib.
Onun sözlərinə görə, “Merkuri” Rusiya donanmasının ən yeni gəmilərindən biridir və 2023-cü ildə silahlanmaya qəbul edilib.
Əməliyyatın digər hədəfi Rusiyanın “MV Angara” yük gəmisi olub. Ukrayna tərəfi gəminin silah daşınmasında istifadə edildiyini iddia edir.
Boyukmillet.com Biz yanmasaq vətən yanar

