Bazar ertəsi , 23 Noyabr 2026
Drone Cameras

Paşinyan yeni Konstitusiya layihəsini paylaşdı

Ermənistanın Baş naziri Nikol Paşinyan sosial şəbəkə hesablarında ölkəsinin yeni Konstitusiyasının layihəsini paylaşıb.

Boyukmillet.com xəbər verir ki, Paşinyan paylaşımında sözügedən layihə üçün xüsusi yaradılmış saytın linkini yerləşdirib.

“Əziz xalqım! Ermənistanın yeni Konstitusiyasının layihəsini bunun üçün xüsusi yaradılmış saytda təqdim etməkdən məmnunam. Sayt hər bir vətəndaşın yeni Konstitusiya layihəsini oxumasını və təkliflər irəli sürməsini mümkün qədər rahat etmək üçün yaradılıb”, – o bildirib.

Ermənistan hökumət başçısı həmçinin yaxın dəqiqələrdə xalqa müraciət edəcəyini deyib.

“Saat 10:00-da canlı yayımda müraciətlə çıxış edəcəyəm. Bu sənin Konstitusiyandır”, – deyə Paşinyan yazıb.

Check Also

Kim Çen In: Şimali Koreya ərazilərini genişləndirmək niyyətində deyil

Şimali Koreya hegemonluq və ya ərazilərini genişləndirmək niyyətində deyil.Boyukmillet.com xəbər verir ki, bunu ölkə lideri …