Cümə axşamı , 19 Noyabr 2026
Drone Cameras

Sabaha gözlənilən hava şəraiti açıqlanıb – PROQNOZ

Azərbaycanda noyabrın 20-nə gözlənilən hava şəraiti açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi, lakin səhər bəzi yerlərdə yağış yağacağı gözlənilir. Güclü qərb, şimal-qərb küləyi, gündüz mülayim cənub-qərb küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu gecə 10-15°, gündüz 16-20° isti olacaq. Atmosfer təzyiqi 752 millimetr civə sütunundan 761 millimetr civə sütununa yüksələcək. Nisbi rütubət 50-60 faiz təşkil edəcək.

Azərbaycanın əksər rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin gecə və səhər bəzi dağlıq, dağətəyi rayonlarda arabir yağıntılı olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə qısamüddətli intensiv olacağı, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Bəzi yerlərdə arabir duman olacaq. Mülayim qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 5-10°, gündüz 17-21° isti, dağlarda gecə 0-5°, gündüz 13-18° isti olacaq.

Check Also

FHN əhaliyə müraciət edib

Fövqəladə Hallar Nazirliyi uşaqların təhlükəsizliyi ilə bağlı əhaliyə müraciət edib. Fövqəladə Hallar Nazirliyindən verilən məlumata …