Çində Rusiya Prezidenti Vladimir Putinlə ABŞ Prezidenti Donald Tramp arasında ikitərəfli görüş başlayıb.
Boyukmillet.com xəbər verir ki, bu barədə TASS agentliyi məlumat yayıb.
Donald Tramp görüş zamanı Vladimir Putinlə münasibətlərinin əla olduğunu bildirib. O, danışıqların nəticəsində mühüm və müsbət nəticələr əldə edilə biləcəyini vurğulayıb.
Qeyd edək ki, Rusiya və ABŞ prezidentlərinin görüşü APEC sammiti çərçivəsində keçirilir.
08:57
Çinin Şencen şəhərində Rusiya Prezidenti Vladimir Putinlə ABŞ Prezidenti Donald Tramp arasında ikitərəfli görüş başa çatıb. Liderlərin söhbəti bir saatdan az davam edib.
Boyukmillet.com xəbər verir ki, görüşün başa çatması barədə Ağ Evin mətbuat xidməti məlumat yayıb. Danışıqlar APEC sammitinin plenar iclasından sonra Şencen Beynəlxalq Mübadilə Mərkəzində keçirilib. Bu, iki prezidentin 2025-ci ilin avqustunda Ankoricdə keçirilən sammitdən sonra ilk ikitərəfli görüşü olub.
Görüşün mətbuata açıq hissəsində Donald Tramp rusiyalı həmkarını çoxdan tanıdığını və uzun illərdir onunla əla münasibətlərinin olduğunu bildirib. ABŞ Prezidenti danışıqların müsbət nəticələr verəcəyinə ümid bəslədiyini, Çin Xalq Respublikasının Sədri Si Cinpinin də iştirakı ilə keçiriləcək üçtərəfli görüşü səbirsizliklə gözlədiyini deyib.
Görüşdə Rusiya tərəfdən Baş nazirin müavini, maliyyə naziri Anton Siluanov, xarici işlər naziri Sergey Lavrov, Rusiya Prezidentinin köməkçisi Yuri Uşakov və xüsusi nümayəndə Kirill Dmitriyev, ABŞ tərəfdən isə Dövlət katibi Marko Rubio və maliyyə naziri Skott Bessent iştirak ediblər.
Boyukmillet.com Biz yanmasaq vətən yanar

