Şənbə , 27 Aprel 2024
Drone Cameras

Azərbaycan lideri: “Qarabağ erməniləri bizim vətəndaşlarımızdır, biz onlarla nə vaxt danışacağımızı özümüz bilərik”

“Qarabağ erməniləri bizim vətəndaşlarımızdır, biz onlarla nə vaxt danışacağımızı özümüz bilərik”.

Boyukmillet.com xəbər verir ki, bu sözləri oktyabrın 6-da Praqada “Avropa siyasi birliyi” Zirvə Toplantısında iştirak edən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “Azadlıq Radiosu” jurnalistinin sualına cavabında bildirib.

“Biz onlarla nə vaxt danışacağımızı özümüz bilərik. Bu, bizim daxili işimizdir. Hər hansı bir ölkə ilə bunu müzakirə etmək fikrində deyilik”, – Azərbaycan Prezidenti deyib.

“Bilirsiniz ki, bu gün görüş olacaq: Şarl Mişel, Emmanuel Makron, Paşinyan və mən. Bu görüşün nəticələri ümid edirəm ki, müsbət olacaq, irəliləyiş olacaq”, – Azərbaycan Prezidenti əlavə edib.

Check Also

Azərbaycan Ordusunun Aprel qələbəsindən 8 il ötür

 Bu gün Azərbaycan və Ermənistan arasında baş vermiş Aprel döyüşlərinin növbəti ildönümüdür. Boyukmillet.com xatırladır ki, Azərbaycan …