Çərşənbə , 24 Aprel 2024
Drone Cameras

Əliyev, Ərdoğan və Paşinyan Praqada birgə müzakirə aparıblar

Çexiyanın paytaxtı Praqa şəhərində keçirilən Avropa Siyasi Birliyi liderlərinin sammiti çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyev, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Ermənistan Baş naziri Nikol Paşinyan masa arxasında birgə müzakirə aparıblar.

Boyukmillet.com-un xəbərinə görə, liderlərin müzakirəsinə Fransa Prezidenti Emmanuel Makron və Macarıstanın Baş naziri Viktor Orban da qoşulub.

Habelə, Ərdoğan və Paşinyan ayrıca söhbət ediblər.

Qeyd edək ki, bu gün sammit çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyevlə Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel arasında ikitərəfli görüş keçirilib. Ş.Mişelin iştirakı ilə Prezident İlham Əliyevlə Nikol Paşinyanın görüşü nəzərdə tutulub. Bundan başqa, Ərdoğanla Paşinyanın ikitərəfli görüşü də planlaşdırılıb.

Check Also

Prezident İlham Əliyev Azərbaycanın uğurlarının səbəbini açıqlayıb

Azərbaycan Prezidenti İlham Əliyev ADA Universitetində keçirilən “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq …