Bazar ertəsi , 26 Oktyabr 2026
Drone Cameras

Rusiya XİN: “Moskva sülh müqaviləsi ilə bağlı hərtərəfli təklifləri Azərbaycan və Ermənistana təhvil verib”

“Rusiya sülh müqaviləsi ilə bağlı hərtərəfli təklifləri Azərbaycan və Ermənistana təhvil verib”.

Boyukmillet.com Rusiya mətbuatına istinadən xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin (XİN) sözçüsü Mariya Zaxarova deyib.

O bildirib ki, Rusiya tərəflər arasında münasibətlərin normallaşmasına, o cümlədən sülh müqaviləsinin hazırlanmasına hərtərəfli yardım edir:

“Bizim hərtərəfli təkliflərimiz İrəvana və Bakıya təqdim olunub. Artıq xəbər verdiyimiz kimi, XİN-in xüsusi nümayəndəsi İqor Xovayev bu mövzuda məsləhətləşmələr aparmaq üçün bölgəyə bir sıra səfərlər edib. Xüsusilə sentyabrda belə səfərlər olub”.

Check Also

Naxçıvanda ağır qəza: çox sayda xəsarət alan var – FOTO

Naxçıvan-Şahbuz magistralında ağır yol-nəqliyyat hadisəsi baş verib.Boyukmillet.com xəbər verir ki, hadisə magistralın Babək rayonu Vayxır …