Şənbə , 14 Noyabr 2026

Region

Gürcüstanda iş icazəsi olmadan işləmək deportasiya üçün əsas yaradacaq

Gürcüstanda əcnəbilərə iş icazələrinin verilməsi ilə bağlı yeni qaydalar 2027-ci il yanvarın 1-dən qüvvəyə minəcək.Boyukmillet.com xəbər verir ki, bu barədə Gürcüstan Dövlət Məşğulluğun Təşviqi Agentliyi məlumat yayıb.Bildirilir ki, Gürcüstanda əcnəbilər üçün iş icazəsinin alınması 2026-cı ilin martın 1-dən məcburidir. Lakin, bu tarixdən əvvəl əmək miqrantları bazasında qeydiyyatdan keçmiş xarici vətəndaşlar müvəqqəti olaraq icazə almaqdan azad edilmişdilər. Dövlət Məşğulluğun Təşviqi Agentliyi …

Read More »

Türkiyədə hərbi helikopter qəzaya uğrayıb, 4 hərbçi şəhid olub

Noyabrın 12-də Türkiyənin Malatya vilayətində S-70 tipli hərbi helikopter naməlum səbəbdən qəzaya uğrayıb. Boyukmillet.com xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb. Samanköy rayonunda baş verən qəza nəticəsində 4 hərbçi şəhid olub. Bölgədə axtarış-xilasetmə əməliyyatları davam etdirilir.

Read More »

Türkiyədə bələdiyyə sədri rüşvət almaq ittihamı ilə ev dustağı edilib

Türkiyənin İstanbul bölgəsinin Üsküdar bələdiyyəsinin sədri Sinem Dedetaş barəsində ev dustaqlığı cəzası hökmü çıxarılıb. Bu barədə İstanbul prokurorluğundan bildirilib. Məlumata görə, bələdiyyə sədri Üsküdar Bələdiyyəsində tikinti və yaşayış icazəsi əməliyyatlarında qanunazidd fəaliyyət göstərərək rüşvət almaqda ittiham olunur. Qeyd edilib ki, prokurorluq tərəfindən aparılan istintaq çərçivəsində Üsküdar Bələdiyyə sədrinin müavini, müşaviri, katibi və başqa bölmələrin məsul şəxsləri tikinti və yaşayış icazəsi …

Read More »

Ermənistana keçən azərbaycanlı çoban geri qaytarılıb

Yolu azaraq Ermənistan ərazisinə keçən azərbaycanlı çoban Yaşar Əli oğlu Qasımov Azərbaycana qaytarılıb. Boyukmillet.com xəbər verir ki, bu barədə Ermənistan Milli Təhlükəsizlik Xidməti məlumat yayıb. Bildirilib ki, Qasımov oktyabrın 24-də Azərbaycanın səlahiyyətli orqanlarına təhvil verilib.Qeyd edək ki, 1968-ci il təvəllüdlü Yaşar Qasımov Tovuz rayonunun Qoşa kəndinin sakinidir. O, oktyabrın 19-da saat 17:50 radələrində Ermənistanın Tavuş vilayətində aşkarlanıb.

Read More »

Naxçıvanda ağır qəza: çox sayda xəsarət alan var – FOTO

Naxçıvan-Şahbuz magistralında ağır yol-nəqliyyat hadisəsi baş verib.Boyukmillet.com xəbər verir ki, hadisə magistralın Babək rayonu Vayxır kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. “Mercedes” markalı avtomobillərin toqquşması nəticəsində 6 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Xəsarət alanlar – 1986-cı il təvəllüdlü Abbasova Gülay Taptıq qızı, 2017-ci il təvəllüdlü Nağıyev İsa Asəf oğlu, 2004-cü il təvəllüdlü Hacıyeva Sevinc Namiq qızı, 1985-ci il təvəllüdlü …

Read More »

Türkiyədə cinayətkar qruplaşmalara qarşı əməliyyat zamanı 73 şübhəli həbs edilib

Türkiyənin Adana şəhəri və 11 vilayətində silahlı cinayətkar qruplaşmalara qarşı keçirilən əməliyyat nəticəsində 73 nəfər həbs edilib. Boyukmillet.com “Haber Global”a istinadən xəbər verir ki, əməliyyat Adana Baş Prokurorluğunun koordinasiyası ilə həyata keçirilib. Araşdırmalar nəticəsində cinayət törətmək məqsədilə təşkilat yaratma, qəsdən adam öldürməyə cəhd, qəsdən sağlamlığa zərər vurma, narkotik vasitələrin qanunsuz dövriyyəsi, silahlı hədə-qorxu, əmlaka zərər vurma və quldurluq daxil olmaqla …

Read More »

SEPAH: Hörmüzdə ABŞ ordusuna aid sualtı qurğu ələ keçirilib

Hörmüz boğazında ABŞ ordusunun ikinci sualtı pilotsuz qurğusu ələ keçirilib. Boyukmillet.com “Tasnim” agentliyinə istinadən xəbər verir ki, bu barədə İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Hərbi Dəniz Qüvvələri (HDQ) məlumat yayıb. “HDQ döyüşçüləri radioelektron mübarizə vasitəsilə həyata keçirilən əlaqələndirilmiş və mürəkkəb əməliyyat zamanı Hörmüz boğazında casusluq məqsədilə fəaliyyət göstərən ABŞ ordusuna məxsus qabaqcıl bir sualtı pilotsuz qurğunu tələyə sala biliblər”, …

Read More »

Türkiyə İran və ABŞ arasında danışıqların bərpası istiqamətində səyləri alqışlayıb

Türkiyə İran və ABŞ arasında danışıqların bərpası istiqamətində səyləri alqışlayır. Boyukmillet.com xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan Nyu-Yorkda BMT Baş Assambleyasının sessiyasında iştirakının yekunları ilə bağlı bildirib. “Yaxşı haldır ki, İran və ABŞ arasında danışıqların bərpası ilə bağlı səylər davam edir. Pis olan isə odur ki, hələlik bu səylər nəticə verməyib”, – deyə o bildirib. Onun …

Read More »

Dünya Ərdoğanın bu çıxışını gözləyir

Xəbər verildiyi kimi, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Assambleyasının 81-ci sessiyasının ümumi müzakirələrində iştirak etmək üçün Nyu-Yorka yola düşür. Boyukmillet.com bildirir ki, BMT Baş Assambleyasının 81-ci sessiyası sentyabrın 8-də başlayıb. Dövlət və hökumət başçılarının iştirakı ilə keçiriləcək yüksək səviyyəli ümumi müzakirələr isə sentyabrın 22-də başlayacaq. Builki Baş Assambleya “Etimadın bərpası, transformasiyanı idarə etmək: hər kəs …

Read More »

İstanbulda evdən 297 kiloqram narkotik aşkarlanıb

İstanbulun Şişli rayonunda bir evə keçirilən əməliyyat zamanı 297 kiloqram sintetik narkotik vasitə, 520 kiloqram kimyəvi qatqı maddəsi, qarışdırıcı aparat, narkotik vasitələrin hazırlanmasında istifadə olunan avadanlıq və 2 ədəd həssas tərəzi aşkarlanaraq götürülüb. Boyukmillet.com xəbər verir ki, bu barədə “TRT Haber” məlumat yayıb. Bildirilib ki, əməliyyat İstanbul Respublika Baş Prokurorluğunun Qaçaqmalçılıq və Narkotik Cinayətləri İstintaq Bürosunun koordinasiyası ilə İstanbul İl …

Read More »