İranın Ali liderinin müşaviri və İslam Respublikasının Xarici Əlaqələr üzrə Strateji Şurasının rəhbəri Kamal Xərrazi Tehranın bu yaxınlarda bombardman edilməsi zamanı aldığı xəsarətlərdən vəfat edib. Boyukmillet.com-un məlumatına görə, bu barədə İranın Dövlət Televiziyası məlumat yayıb. Məlumata görə, daha əvvəl Amerika-İsrailin hücumu zamanı yaralanan Xərrazi bir neçə saat əvvəl ölüb. Daha əvvəl, aprelin 1-də “Al-Hadath” televiziyası Xərrazinin Tehranın bombardman olunması zamanı …
Read More »Bursa Böyükşəhər Bələdiyyəsi AK Partinin nəzarətinə keçib
Bursa Böyükşəhər Bələdiyyəsi hakim Ədalət və İnkişaf Partiyasının (AK Parti) nəzarətinə keçib. Boyukmillet.com xəbər verir ki, bu barədə “TRT Haber” məlumat yayıb. Qeyd olunub ki, bu gün bələdiyyə sədrinin vəzifələrini icra edəcək şəxs seçilib. Seçimə əsasən, AK Partiya nümayəndəsi Şahin Biba Bursa Böyükşəhər Bələdiyyəsinə sədr müavini təyin olunub. Xatırladaq ki, martın 31-də Bursa Böyükşəhər Bələdiyyəsinin sədri Mustafa Bozbey saxlanılmışdı.
Read More »Türkiyədə daha 14 tanınmış sima istintaqa cəlb olunub
Türkiyədə daha 14 məşhur şəxs istintaqa cəlb olunub. Boyukmillet.com “Haber Global”a istinadən xəbər verir ki, onlar barəsində “narkotik və ya psixotrop maddələri satın almaq, qəbul etmək, saxlamaq, istifadə etmək və təmin etmək” maddələri ilə saxlanılma qərarı verilib. Saxlanılan şəxslər Hafsanur Sancaktutan, Emir Can İğrek, Somer Sivrioğlu, Serra Pirinç, Ogün Alibaş, Utku Ünsal, Sinem Özenç Ünsal, Elif Büşra Pekin, Ahsen Eroğlu, Burak …
Read More »Türkiyə və Dağıstanda aramsız yağışlar həyatı iflic etdi
Türkiyə və Dağıstanda aramsız yağışlar həyatı iflic edib. Boyukmillet.com xəbər verir ki, son günlər Türkiyə və Dağıstan ərazilərində müşahidə olunan güclü və aramsız yağışlar ciddi fəsadlara səbəb olub. Leysan xarakterli yağıntılar nəticəsində bir sıra şəhər və rayonlarda küçələr su altında qalıb, nəqliyyatın hərəkəti çətinləşib, bəzi yaşayış məntəqələrində isə həyat demək olar ki, iflic vəziyyətinə düşüb. Məlumatlara görə, sel suları evlərə və …
Read More »Türk dövlətləri arasında qarşılıqlı ticarətin illik dəyəri açıqlanıb
Türk dövlətlərinin xarici ticarətinin ümumi dəyəri 1,2 trilyon ABŞ dolları, onlar arasında qarşılıqlı ticarətin illik dəyəri isə təxminən 57 milyard ABŞ dollarıdır. Boyukmillet.com xəbər verir ki, bunu Türk Dövlətləri Parlament Assambleyasının (TÜRKPA) İqtisadi əməkdaşlıq komissiyasının Milli Məclisdə keçirilən “TÜRKPA üzv dövlətlərinin birgə iqtisadi fəaliyyətinin həyata keçirilməsinin reallıqları və perspektivləri” mövzusunda 13-cü iclasında Komissiyanın sədri, Qazaxıstan Parlamenti Məclisinin deputatı Anas Bakkojayev …
Read More »Pezeşkian beynəlxalq ictimaiyyətə müraciət etdi
İran prezidenti Məsud Pezeşkian beynəlxalq ictimaiyyətə müraciət edib. Boyukmillet.com xəbər verir ki, o, X hesabında paylaşım edərək, hansı tərəfin – Tehran və ya Vaşinqtonun – Fars körfəzindəki münaqişənin həlli üçün danışıqları həqiqətən dəstəklədiyini müəyyən etmələrini istəyib: “Amerika xalqına açıq məktub ünvanladığım anda İranın xarici siyasət üzrə strateji şurasının rəhbərinin həyatına sui-qəsd cəhdi edilir və nəticədə onun həyat yoldaşı həlak olub. …
Read More »Gürcüstanda qəzaya uğrayan Türkiyə hərbi təyyarəsinə hər hansı kənar müdaxilə olmayıb – RƏSMİ
Gürcüstan ərazisində qəzaya uğrayan Türkiyə Hərbi Hava Qüvvələrinə məxsus “C130” tipli hərbi təyyarəsinə hər hansı kənar müdaxilə olmayıb. Boyukmillet.com “TRT Haber”ə istinadən xəbər verir ki, bu barədə Ankara Şəhər Prokurorluğu məlumat yayıb. Bildirilib ki, Gürcüstan ərazisində qəzaya uğrayan C-130 tipli hərbi yük təyyarəsi ilə bağlı aparılan istintaq çərçivəsində hazırlanmış hesabata əsasən, təyyarəyə hər hansı kənar müdaxilə olmayıb və ya partlayıcı …
Read More »Gürcüstanda immiqrasiya vizası almaq üçün minimum 150 min dollarlıq əmlak tələb olunacaq
Gürcüstanda əmlak mülkiyyəti əsasında verilən D5 kateqoriyalı immiqrasiya vizası üçün tələblər sərtləşdirilib. “Report”un yerli bürosunun məlumatına əsasən, hökumət bu vizanı əldə etmək üçün əcnəbi vətəndaşların Gürcüstanda dəyəri 150 min ABŞ dollarından çox olan daşınmaz əmlaka sahib olması barədə qərar qəbul edib. Bundan əvvəl bu limit 100 min dollar idi. Qanunvericiliyə görə, D5 vizası (kənd təsərrüfatı torpaqları istisna olmaqla) göstərilən məbləğdən …
Read More »Türkiyədə kibercinayət tarixinin ən böyük pul dövriyyəsi aşkarlanıb – 449 milyon dollar
Türkiyənin Hakkari vilayətində qeyri-qanuni mərc və dələduzluq cinayətlərinə qarşı keçirilən əməliyyatlarda 52 şübhəli saxlanılıb. Boyukmillet.com xəbər verir ki, bu barədə Türkiyənin Daxili İşlər Nazirliyi məlumat yayıb. Bildirilib ki, Hakkari Polis İdarəsi və Yüksekova Baş Prokurorluğunun koordinasiyası ilə kiberpatrul və texniki analiz işləri nəticəsində cinayətkar qruplaşmanın təxminən 20 milyard TL (449,6 milyon dollar) pul dövriyyəsinin olduğu müəyyən edilib. “Bunun Türkiyədə indiyə …
Read More »Tehrandan ABŞ-a sərt xəbərdarlıq – “Hörmüz xəyalını əbədi olaraq dəfn edin!”
İran Silahlı Qüvvələrinin “Xatəm əl-Ənbiya” mərkəzi qərargahının sözçüsü Zülfüqari ABŞ-ın Hörmüz boğazını beynəlxalq nəzarətə vermək planlarına cavab olaraq Vaşinqtonu bu “xülyadan” birdəfəlik əl çəkməyə çağırıb.Boyukmillet.com xəbər verir ki, Zülfüqari Tehranın strateji su yolları üzərindəki suverenliyindən heç bir halda imtina etməyəcəyini və tarixboyu heç bir düşmən qarşısında baş əyməyən İranı təslim olmağa məcbur etməyin qeyri-mümkün olduğunu bəyan edib. İran rəsmisi vurğulayıb …
Read More »
Boyukmillet.com Biz yanmasaq vətən yanar