İranın paytaxtı Tehranda İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) baş qərargahının binası İsrail və ABŞ Silahlı Qüvvələri tərəfindən endirilən zərbə nəticəsində əhəmiyyətli dərəcədə dağıntılara məruz qalıb. Boyukmillet.com xəbər verir ki, bu barədə “Al Hadath” telekanalı məlumat yayıb. Məlumata görə, tikili, demək olar ki, tamamilə məhv edilib. Telekanal həmçinin qeyd edib ki, ABŞ-nin Bağdaddakı səfirliyinin binası da hücuma məruz qalıb. “Zərbələrin hədəfi …
Read More »Paşinyan Erməni Apostol Kilsəsini Azərbaycanla müharibəni qızışdırmaq cəhdində ittiham edib
Ermənistanın Baş naziri Nikol Paşinyan Erməni Apostol Kilsəsinin rəhbərliyini Qarabağ hərəkatını aktuallaşdırmaq cəhdlərində ittiham edib. Boyukmillet.com-un Ermənistan KİV-ə istinadən verdiyi məlumata görə, o, bu barədə bu gün keçirilən brifinqdə bildirib. “Bu yaxınlarda liturgiyada iştirak edərkən “Artsax Respublikası”nın deyildiyini eşitdim. Bu nə deməkdir? Bu, yalnız və yalnız müharibəyə çağırış deməkdir. Ktriç Nersisyan (II Qareginin dünyəvi adı) və digər din xadimləri müharibə …
Read More »Gürcüstanda Azərbaycan və Ermənistanı birləşdirəcək yol layihəsi üzrə tenderlər ləğv edilib
Gürcüstan Yol İdarəsi Rustavi–Tsiteli körpüsü və Alqeti–Sadaxlı avtomobil yollarının tikintisi ilə bağlı elan edilmiş beynəlxalq tenderləri ləğv edib. “Report”un Gürcüstan bürosu xəbər verir ki, qurumun rəsmi saytında yayımlanan məlumata görə, 2024-cü ilin avqustunda elan olunmuş tenderlərə həm tikinti işləri, həm də layihəyə nəzarət xidmətlərinin satınalması daxil idi. Sənədlərdə tenderlərin ləğv edilməsinin əsas səbəbi kimi satınalmalarda rəqabətin aşağı olması göstərilib. Məlumata …
Read More »Ermənistanda korrupsiya əməliyyatı: Eks-prezidentin qardaşı axtarışa verildi
Ermənistanın Antikorrupsiya Məhkəməsi ölkənin üçüncü prezidenti Serj Sarqsyanın qardaşı Aleksandr (Saşik) Sarqsyanın həbsi barədə qərar qəbul edib.Boyukmillet.com xəbər verir ki, bu məlumatı Antikorrupsiya Məhkəməsinin mətbuat katibi Armine Novruzyan erməni mediasına təsdiqləyib. Məhkəmənin qərarı fevralın 24-də istintaq orqanının təqdim etdiyi vəsatət əsasında hakim Sarqis Petrosyan tərəfindən qəbul olunub. Aleksandr Sarqsyan xüsusilə külli miqdarda dövlət vəsaitini mənimsəməkdə və talamaqda ittiham olunur. İstintaqın …
Read More »ABŞ və İsrail İranın 18 əsas aviabazasından 10-nu sıradan çıxarıb
ABŞ və İsrail aviasiyası fevralın 28-dən həyata keçirdikləri birgə əməliyyat nəticəsində İranın 18 əsas aviabazasından 10-nu sıradan çıxarıb. Boyukmillet.com “İnterfaks”a istinadən xəbər verir ki, bu barədə İsrailin “Alma” müdafiə tədqiqatları mərkəzi məlumat yayıb. Tehranın Mehrabad hava limanında, Təbriz, Şiraz, Konarak, İsfahan, Kirmanşah və Zahedanda yerləşən ən böyük aviabazalar da onların sırasındadır ki, bu da İranın öz taktiki aviasiyasından istifadə imkanlarını …
Read More »İran Silahlı Qüvvələri Türkiyəyə raket atılmadığını bildirib
İran Silahlı Qüvvələri Türkiyə ərazisinə doğru heç bir raket atmadıqları barədə açıqlama yayıb. Boyukmillet.com “Haber Global”a istinadən xəbər verir ki, açıqlamada qeyd olunub ki, İran Silahlı Qüvvələri Türkiyənin suverenliyinə hörmətlə yanaşır. Qeyd edək ki, İrandan atılaraq İraq və Suriya hava məkanını keçdikdən sonra Türkiyə hava məkanına yönəldiyi müəyyən edilən bir ballistik raket Şərqi Aralıq dənizindəki NATO hava və raketdən müdafiə vasitələri …
Read More »Gürcüstan parlamenti qrantlarla bağlı dəyişiklikləri qəbul edib, hökumətdən icazə alınmalıdır
Gürcüstan parlamenti “Qrantlar haqqında” qanuna dəyişiklikləri üçüncü oxunuşda qəbul edib. “Report”un Gürcüstan bürosunun məlumatına görə, plenar iclasda səsvermə nəticəsində qanun layihəsini 78 deputat dəstəkləyib, 9 deputat isə əleyhinə səs verib. Qəbul edilən dəyişikliklərə əsasən, qanunda göstərilən subyekt tərəfindən nağd və ya natura şəklində ayrılan vəsaitlər qrant hesab olunacaq və bu vəsaitlər Gürcüstan hökumətinə, dövlət qurumlarına və ya ictimai rəyə təsir …
Read More »İrandan atılan ballistik raket Türkiyə hava məkanında zərərsizləşdirilib
İrandan atılaraq İraq və Suriya hava məkanını keçdikdən sonra Türkiyə hava məkanına yönəldiyi müəyyən edilən bir ballistik raket Şərqi Aralıq dənizindəki NATO hava və raketdən müdafiə vasitələri tərəfindən zərərsizləşdirilib. Boyukmillet.com xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb. “Hatay vilayətinin Dördyol rayonunda yerə düşən parçaların hava müdafiə sursatına aid olduğu müəyyən edilib. Hadisə nəticəsində hər hansı itki və …
Read More »Xamenei ilə Tehranda vida mərasimi təxirə salınıb
İranın keçmiş ali rəhbəri ayətullah Seyid Əli Xamenei ilə Tehranda məsciddə keçirilməsi nəzərdə tutulan vida mərasimi təxirə salınıb. Boyukmillet.com xəbər verir ki, məlumatı “donya-e-eqtesad” yayıb. Məlumata görə, vida ilə bağlı yekun cədvəl yaxın zamanda elan olunacaq. Bildirilib ki, tədbirin təxirə salınması təhlükəsizlik məsələləri ilə bağlıdır.
Read More »İsrail xüsusi təyinatlıları İrana girdi: quru əməliyyatı başladı – KİV
“Al Arabiya”nın məlumatına görə, MOSSAD və İsrail xüsusi təyinatlıları İranda quru əməliyyatı həyata keçiriblər. Boyukmillet.com xəbər verir ki, əməliyyat bazar ertəsi gecə birbaşa İran ərazisində baş tutub. Hələ ki təfərrüatlar açıqlanmayıb. İndiyə qədər nə İsrail, nə də İran sözügedən əməliyyatla bağlı şərh verib. /Globalinfo.az/
Read More »
Boyukmillet.com Biz yanmasaq vətən yanar