Bazar , 25 Oktyabr 2026
Drone Cameras

İran ABŞ və İsrailin olmadığı regional təhlükəsizlik ittifaqının yaradılmasına çağırıb

İran ABŞ və İsrailin iştirakı olmadan təhlükəsizliyi təmin etmək və hərbi əməkdaşlığı inkişafı üçün regional dövlətlər ittifaqı yaratmağa hazır olduğunu bildirib.

Boyukmilet.com-un məlumatına görə, bu barədə İslam Respublikası Silahlı Qüvvələrinin Baş Qərargahının bəyanatında bildirilib.

“ABŞ və İsrailin iştirakı olmadan regionda təhlükəsizlik və hərbi əməkdaşlığı təmin etmək üçün dövlətlər ittifaqı yaratmağın vaxtı çatıb”, – Baş Qərargah vurğulayıb.

İran hərbçilərinin fikrincə, regiondakı ölkələr təhlükəsizliklərini təmin etmək üçün minlərlə kilometr uzaqlıqda yerləşən dövlətə heç vaxt ehtiyac duymayacaqlar.

Baş Qərargah həmçinin bildirib ki, regional ölkələr İsrailin təhlükəsizliyini və maraqlarını hər şeydən üstün tutan bir dövlətə ehtiyac duymurlar və dövlətlər özlərini sadəcə resurs mənbəyi kimi görürlər.

Check Also

Naxçıvanda ağır qəza: çox sayda xəsarət alan var – FOTO

Naxçıvan-Şahbuz magistralında ağır yol-nəqliyyat hadisəsi baş verib.Boyukmillet.com xəbər verir ki, hadisə magistralın Babək rayonu Vayxır …