Cümə axşamı , 16 Aprel 2026
Drone Cameras

Dövlət Departamenti: Tramp nüvə silahlarının ixtisarının tərəfdarıdır

ABŞ Prezidenti Donald Tramp dünya miqyasında nüvə silahlarının sayının daha da azaldılmasının tərəfdarıdır.

Boyukmilllet.com-un məlumatına görə, bunu ABŞ Dövlət katibinin silahlara nəzarət və beynəlxalq təhlükəsizlik üzrə müavini Tomas Dinanno bildirib.

“Prezidentin mövqeyi bundan ibarətdir ki, o, dünyada daha az nüvə silahı görmək istəyir. Bu, yaxşı başlanğıc nöqtəsidir”, – amerikalı diplomat bildirib.

T.Dinanno həmçinin qeyd edib ki, Strateji Hücum Silahlarının Azaldılması Müqaviləsi və məhdudlaşdırılması tədbirləri haqqında ABŞ-Rusiya müqaviləsi yalnız ABŞ-ni məhdudlaşdırıb və səmərəsiz olub.

“Onun müddətinin bitməsi yeni dövr açıb və bu da bizə Prezident Trampın təkmilləşdirilmiş, modernləşdirilmiş müqavilə hazırlamaq ideyasını həyata keçirməyə imkan verib”, – o hesab edir.

T.Dinannonun sözlərinə görə, yeni müqavilə rəsmi Moskvaya Vaşinqton üzərində asimmetrik üstünlük verib.

Check Also

ABŞ İranın dəniz blokadasını keçməyə çalışan 10 gəmini istiqamətləndirib

İrana qarşı dəniz blokadası tətbiq ediləndən bəri, ABŞ ordusu onu keçməyə çalışan 10 gəmini istiqamətləndirib. …