Bazar , 29 Noyabr 2026

Dünya

HƏBSXANADA HACI VƏLİYEVİN SAĞLAMLIĞI TƏHLÜKƏ ALTINDADIR!

Qazi İbrahim Cabarovun müraciəti:Hacı Vəliyevin saxlanıldığı cəzaçəkmə müəssisəsində səhhətinin ciddi şəkildə pisləşməsi ilə bağlı məlumatlar məni son dərəcə narahat edir.Məlumatlara görə, Hacı Vəliyev şiddətli böyrək ağrılarından əziyyət çəkir, gecə saatlarında belə böyrək tutmaları keçirir. Buna baxmayaraq, onun vaxtında həkim müayinəsindən keçirilməsi və zəruri tibbi yardımla təmin olunması ilə bağlı ciddi problemlər yaşanır.Bu vəziyyətə susmaq, baş verənlərə adi hal kimi yanaşmaq …

Read More »

Rusiya tərəfi Ukraynaya 250 meyit təhvil verib

Ukraynaya 250 meyit qaytarılıb. Rusiya tərəfinin iddiasına görə, onlar müharibədə həlak olmuş Ukrayna hərbçiləridir. Boyukmillet.com xəbər verir ki, bu barədə hərbi əsirlərlə davranış üzrə Koordinasiya Qərargahı “Telegram” kanalında məlumat yayıb.Hüquq-mühafizə orqanlarının müstəntiqləri ekspertiza müəssisələrinin nümayəndələri ilə birlikdə repatriasiya edilmiş həlak olmuş şəxslərin kimliyini müəyyənləşdirmək üçün bütün zəruri tədbirləri həyata keçirəcəklər. Repatriasiya tədbirləri Koordinasiya Qərargahının, Ukrayna Təhlükəsizlik Xidməti yanında Birləşmiş Mərkəzin, …

Read More »

Şimali Koreya İsveçrə diplomatını ölkədən çıxarır

Şimali Koreya İsveçrənin Pxenyandakı diplomatik nümayəndəliyinin əməkdaşını arzuolunmaz şəxs elan edərək 48 saat ərzində ölkəni tərk etməsini tələb edib.Boyukmillet.com xəbər verir ki, bu barədə Koreya Mərkəzi Xəbər Agentliyi məlumat yayıb. Qərara İsveçrənin Sondovon Beynəlxalq Uşaq Düşərgəsini sanksiya siyahısına daxil etməsi səbəb olub. Pxenyan bu addımı düşmənçilik hərəkəti kimi qiymətləndirib.Məlumata görə, Şimali Koreya Xarici İşlər Nazirliyi İsveçrənin diplomatik nümayəndəsinə müvafiq nota …

Read More »

Azərbaycanda vəzifəli şəxslər bunları edə bilməyəcək – SİYAHI

Azərbaycanda vəzifəli şəxslərin şəxsi maraqlarının xidməti vəzifələrinin icrasına təsirinin qarşısının alınması, maraqlar toqquşmasının aşkarlanması və aradan qaldırılması, habelə bu sahədə nəzarət mexanizmlərinin gücləndirilməsi nəzərdə tutulur. Bu məsələ Milli Məclisinin bugünkü plenarə iclasında müzakirə olunan “Maraqlar toqquşması haqqında” qanun layihəsində öz əksini tapıb. Qanun layihəsinə əsasən, vəzifəli şəxslərin şəxsi maraqları ilə xidməti vəzifələri arasında ziddiyyətlərin idarə olunması qaydaları müəyyənləşdirilir, onların gəlirlərinə, …

Read More »

Kuşner Ukraynaya təhlükəsizlik zəmanətlərinin şərtlərini açıqlayıb

ABŞ Prezidenti Donald Tramp Ukraynada yeni münaqişənin baş vermə ehtimalının minimuma endiyinə əmin olacağı təqdirdə Kiyevə güclü təhlükəsizlik zəmanətləri verməyə razılaşa bilər.Boyukmillet.com xəbər verir ki, bunu ABŞ Prezidentinin xüsusi nümayəndəsi Cared Kuşner “X” sosial şəbəkəsindəki paylaşımında bildirib. Onun sözlərinə görə, Tramp Ukraynaya NATO Nizamnaməsinin 5-ci maddəsində nəzərdə tutulan təminatlara bənzər təhlükəsizlik zəmanətləri vermək imkanını nəzərdən keçirir.Kuşner vurğulayıb ki, belə bir …

Read More »

İrandan qaçaqmalçılıq yolu ilə gətirilən güclü təsiredici dərmanlar aptekdə satılıb, saxlanılanlar var

İrandan güclü təsiredici dərmanları qaçaqmalçılıq yolu ilə gətirərək “Vidal” aptekdə narkotik asılılığı olan şəxslərə qanunsuz olaraq satan şəxslər saxlanılıb. Bu barədə Daxili İşlər Nazirliyindən məlumat verilib. Bildirilib ki, nazirliyin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi tərəfindən keçirilən əməliyyat nəticəsində əvvəllər eyni əməllərə görə məhkum olunmuş 44 yaşlı Xalid Mustafayev Xətai rayonu ərazisində özünə məxsus “Vidal” aptekdə güclü təsir edən dərman preparatlarını …

Read More »

Livanda Hizbullah üzvlərinə qarşı məhkəmə prosesi başladı

Livanın Ali Hərbi Prokuroru Klod Qanem Hizbullah-ın beş üzvünə qarşı dövlət təhlükəsizliyinə təhlükə ittihamı irəli sürüb. Boyukmillet.com xəbər verir ki, bu barədə Naharnet xəbər portalı məhkəmə mənbələrinə istinadən məlumat yayıb.İstintaq nəticəsində müəyyən edilib ki, 10 noyabrda Bşerre dağlıq bölgəsində həbs edilən beş komandir Hizbullah qüvvələri üçün yeni döyüşçülər cəlb edib və onlara təlim keçiblər. Onlar Cinayət Məcəlləsinin 307-ci maddəsinə əsasən, …

Read More »

2026-cı ildə dünyanı təəccübləndirən 10 qeyri-adi Ginnes rekordu

2026-cı il dünyanın müxtəlif ölkələrində qeydə alınan qeyri-adi Ginnes rekordları ilə yadda qalıb. Paltar asa bilən itdən tutmuş tapmaca kubunu saniyələr ərzində həll edən robota qədər fərqli nailiyyətlər rekordlar kitabına daxil edilib.Boyukmillet.com“Kazinform”a istinadla xəbər verir ki, rekordlar arasında ABŞ-dən olan “Java” adlı itin bir dəqiqədə paltar ipinə səkkiz sancaq bağlaması xüsusi maraq doğurub. İngiltərədə isə bir saat ərzində 5956 cüt …

Read More »

“Meta” 805 milyon avro məbləğində cərimələndi

İtaliya “Meta”nı 805 milyon avro məbləğində cərimələyib.Boyukmillet.com xarici mediaya istinadən xəbər verir ki, İtaliyanın Fərdi Məlumatların Mühafizəsi İdarəsi “Meta”nın “Android” istifadəçilərinin foto və videolarına onların razılığı və xəbərdarlığı olmadan giriş əldə etdiyinə görə bu addımı atıb. İddia edilir ki, şirkət istifadəçilərə şəxsi qalereyalarından kontent paylaşmağı təklif edən “Facebook” tətbiqinin funksiyası vasitəsilə fayllara giriş əldə edib.“Meta” bu məsələyə münasibət bildirməyib.

Read More »

Prokurorluğa qulluğa qəbulla bağlı imtahanın vaxtı dəyişdirilib

Prokurorluq orqanlarına qulluğa qəbulla bağlı müsabiqənin yazılı imtahan mərhələsinin keçirilmə tarixi dəyişdirilib. Bu barədə Baş Prokurorluğun Mətbuat xidmətinin məlumatında bildirilib. Məlumata görə, Baş Prokurorluq tərəfindən elan edilmiş müsabiqənin test imtahanı mərhələsində müvəffəqiyyət qazanmış namizədlər üçün 19 noyabr 2026-cı il tarixinə nəzərdə tutulmuş yazılı imtahan 23 noyabr 2026-cı il tarixə keçirilib. İmtahan həmin gün saat 10:00-dan başlayaraq 4 saat müddətində Azərbaycan …

Read More »