Şimali Koreya İsveçrənin Pxenyandakı diplomatik nümayəndəliyinin əməkdaşını arzuolunmaz şəxs elan edərək 48 saat ərzində ölkəni tərk etməsini tələb edib.
Boyukmillet.com xəbər verir ki, bu barədə Koreya Mərkəzi Xəbər Agentliyi məlumat yayıb.
Qərara İsveçrənin Sondovon Beynəlxalq Uşaq Düşərgəsini sanksiya siyahısına daxil etməsi səbəb olub. Pxenyan bu addımı düşmənçilik hərəkəti kimi qiymətləndirib.
Məlumata görə, Şimali Koreya Xarici İşlər Nazirliyi İsveçrənin diplomatik nümayəndəsinə müvafiq nota təqdim edib.
Xatırladaq ki, İsveçrə diplomatik ofisi altı ildən artıq fasilədən sonra bu yaxınlarda Pxenyanda fəaliyyətini bərpa etmişdi.
Boyukmillet.com Biz yanmasaq vətən yanar

