Hörmüz boğazının şərqində ABŞ-yə məxsus 20-ci “MQ-1” kəşfiyyat-zərbə pilotsuz uçuş aparatı (PUA) vurulub.
Boyukmillet.com xəbər verir ki, bu barədə İran İslam İnqilabı Keşikçiləri Korpusuna (SEPAH) istinadən “Tasnim” agentliyi məlumat yayıb.
“Bir neçə dəqiqə əvvəl SEPAH-ın Aerokosmik Qüvvələrinin hava hücumundan müdafiə bölmələrinin döyüşçüləri ABŞ-yə məxsus “MQ-1″ tipli, ER (Extended Range) versiyalı 20-ci müasir kəşfiyyat-zərbə PUA-sını Hörmüz boğazının şərqində dəqiq atəşlə vuraraq məhv ediblər”, – məlumatda deyilir.
SEPAH-dan bildirilib ki, bu, son 24 saat ərzində hücumundan müdafiə sistemləri tərəfindən vurulan ABŞ ordusuna məxsus dördüncü kəşfiyyat-zərbə dronudur.
Boyukmillet.com Biz yanmasaq vətən yanar

