Cümə , 20 Noyabr 2026
Drone Cameras

Livanda Hizbullah üzvlərinə qarşı məhkəmə prosesi başladı

Livanın Ali Hərbi Prokuroru Klod Qanem Hizbullah-ın beş üzvünə qarşı dövlət təhlükəsizliyinə təhlükə ittihamı irəli sürüb.

Boyukmillet.com xəbər verir ki, bu barədə Naharnet xəbər portalı məhkəmə mənbələrinə istinadən məlumat yayıb.
İstintaq nəticəsində müəyyən edilib ki, 10 noyabrda Bşerre dağlıq bölgəsində həbs edilən beş komandir Hizbullah qüvvələri üçün yeni döyüşçülər cəlb edib və onlara təlim keçiblər. Onlar Cinayət Məcəlləsinin 307-ci maddəsinə əsasən, milli təhlükəsizliyə təhdid yaradan paramilitar qrup yaratmaqda və qanunsuz silah saxlamaqda ittiham olunurlar. Saxlanılanlar təxribat əməliyyatı hazırlamaqda şübhəli bilinirlər.

19 noyabrda prokuror Qanem Hizabullah-ın Livanın şimalındakı lideri Şeyx Rida Əhməd də daxil olmaqla, daha üç Hizbullah funksionerini dindirilmək üçün çağırıb.

Daha əvvəl 13 Hizbullah üzvü Beyrutun cənub ətrafına 500 kq-dan çox TNT və C-4 plastik partlayıcı maddənin qanunsuz daşınmasında iştirak etdiklərinə görə məhkəmə qarşısına çıxarılıb. Partlayıcı maddələri daşıyan yük maşını 11 oktyabrda Livan jandarmeriyasının keçid məntəqəsinin yerləşdiyi Dahr əl-Beydar aşırımında müsadirə edilib.

18 noyabrda Livan prezidenti Cozef Aun Hizbullah-ı silahlarını milli orduya təhvil verməyə və ölkəni İrana görə üçüncü ardıcıl müharibəyə sürükləməməyə çağırıb. Dövlət başçısı Hizbullahın hərəkətlərinin artıq ölkənin şiə icması tərəfindən dəstəklənmədiyini, “yeni müharibənin bütün Livan üçün ağır nəticələri olacağını” deyib.

Check Also

2026-cı ildə dünyanı təəccübləndirən 10 qeyri-adi Ginnes rekordu

2026-cı il dünyanın müxtəlif ölkələrində qeydə alınan qeyri-adi Ginnes rekordları ilə yadda qalıb. Paltar asa …