Çərşənbə axşamı , 24 Noyabr 2026
Drone Cameras

Zelenski: ABŞ sülh sazişinin yanvar ayına qədər imzalanmasını istəyir

ABŞ Prezidenti Donald Trampın xüsusi nümayəndələri Cared Kuşner və Stiv Uitkoff sülh sazişinin mümkün qədər tez imzalanmasını istəyirlər.

Boyukmillet.com xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski bildirib.

Onun sözlərinə görə, C.Kuşner və S.Uitkoff sazişin ilin sonunadək imzalanmasında israr edirlər.

“Prosesi çox sürətləndirmək istəyi var və həm biz, həm də ruslar bunu başa düşürük. Nəyin bahasına başa gələcəyini də anlayırıq. Biz də sülhü çox istəyirik, lakin bunun yalnız Ukrayna hesabına əldə olunmasını istəmirik”, – deyə o qeyd edib.

Ukrayna liderinin sözlərinə görə, ölkəsi mühüm güzəştlərə getmək məcburiyyətində qala bilər. Bununla yanaşı, Rusiya Prezidenti Vladimir Putin müharibəni dayandırmağa hazır olduğuna dair heç bir əlamət göstərmir.

V.Zelenski bildirib ki, Kiyev üçün məqbul olan sülh sazişi imzalanmasa, Ukrayna ABŞ-dən mühüm hərbi yardım paketi tələb edəcək. Kiyev, həmçinin Rusiyaya qarşı daha sərt sanksiyaların tətbiqini istəyəcək.

“Ukraynaya dəstəyin və sanksiyaların səviyyəsi ruslar üçün aydın siqnal olacaq dərəcədə olmalıdır. Danışıqlar masasına əyləşməyin və müharibəni dayandırmağın vaxtıdır”, – deyə dövlət başçısı vurğulayıb.

Noyabrın 21-də V.Zelenski D.Trampın komandasının dekabrın 25-dək Ukrayna üzrə yeni sülh danışıqlarının keçirilməsinə çalışdığını bildirib.

Check Also

Ukrayna ABŞ Konqresinə hərbi dəstək və sanksiyalarla bağlı müraciət planlaşdırır

Ukrayna Prezidenti Volodimir Zelenski genişmiqyaslı hərbi yardım paketinin verilməsi və Rusiyaya qarşı sanksiyaların sərtləşdirilməsi xahişi …