Şənbə , 7 Noyabr 2026

Dünya

NYT: ABŞ və İsrail Konqresə seçkilərdən sonra İrana yeni zərbələr planı hazırlayır

ABŞ və İsrail 3 noyabrda Amerika Konqresinə keçiriləcək aralıq seçkilərdən sonra İrana qarşı hərbi əməliyyatları bərpa etmək planı hazırlayıblar. Boyukmillet.com “The New York Times”a (NYT) istinadən xəbər verir ki, bu barədə mümkün hərbi əməliyyatlarla bağlı müzakirələrdən xəbərdar mənbələr bildiriblər. Onların sözlərinə görə, plan İranın nüvə obyektlərini, enerji infrastrukturunu, raket və pilotsuz təyyarə anbarlarını hədəf ala biləcək qısa, lakin intensiv əməliyyatı …

Read More »

Xəzər dənizinin Azərbaycana aid hissəsində qaçaqmal aşkar olunub

Xəzər dənizinin Azərbaycana aid hissəsində qaçaqmal aşkar olunub. Bu barədə Dövlət Sərhəd Xidmətindən məlumat verilib. Qeyd edilib ki, Sahil Mühafizəsinin sahil nəzarəti bölməsinin, texniki müşahidə məntəqəsinin və sərhəd gəmisinin qarşılıqlı fəaliyyəti nəticəsində Xəzər dənizinin Azərbaycana mənsub hissəsində, Lənkəran reydində sahildən 20 dəniz mili məsafədə ümumi çəkisi 8 kiloqram 600 qram olan narkotik vasitə, həmçinin bir kisədə 350 metr uzunluğunda sintetik …

Read More »

Ramiz Mehdiyevin şirkətinin marketinq müdiri işdən çıxdı – NAZİR YÜKSƏK VƏZİFƏ VERDİ

Azərbaycanda nəşriyyat və mətbəə xidmətləri göstərən aparıcı şirkətlərdən biri olan “Şərq-Qərb” ASC-nin Marketinq və yeni məhsullar şöbəsinin müdiri Rza Mirzadə vəzifəsindən ayrılıb. 2018-ci ildən bu şirkətdə çalışan R.Mirzadə bir müddət öncə işdən çıxıb. O, bu günlərdə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin tabeli qurumlarının birində direktor vəzifəsində fəaliyyətə başlayıb. Belə ki, o, yeni vəzifəsində nazirliyin tabeliyindəki qurumların birinin əməkdaşı olaraq işğaldan …

Read More »

Füzulinin işğaldan azad olunmasından altı il ötür

Bu gün Füzuli Şəhəri Günüdür, şəhərin işğaldan azad olunmasından altı il ötür. Oktyabrın 17-də Füzuli şəhəri ilə yanaşı, rayonun daha 7 yaşayış məntəqəsi – Qoçəhmədli, Çimən, Cuvarlı, Pirəhmədli, Musabəyli, İşıqlı, Dədəli kəndləri işğalçılardan təmizlənib. Füzuli əməliyyatı Azərbaycan Ordusunun İkinci Qarabağ müharibəsində cənub-şərq cəbhəsində baş verən ən əhəmiyyətli döyüşlərdən biri olub. Düşmən xeyli canlı qüvvə və texnika itkisi verərək ərazidən qaçıb. …

Read More »

Kiprdə saxlanılan 3 azərbaycanlı ilə bağlı QƏRAR VERİLDİ

Şimali Kiprin Girne sahillərində insan tələfatı ilə nəticələnən dəhşətli gəmi qəzası üzrə saxlanılan Azərbaycan vətəndaşları, Rəşad İbrahimov, Qədir Quliyev və Valeh Hümbətovun həbs müddəti daha 7 gün uzadılıb. Boyukmillet.con xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb. Bildirilib ki, cinayət işi üzrə növbəti məhkəmə prosesi oktyabrın 23-nə təyin olunub. Xatırladaq ki, faciəvi qəza avqustun 30-da Şimali Kipr sahillərində baş verib. …

Read More »

Xüsusi rütbələrlə bağlı yeni qaydalar

Azərbaycan Silahlı Qüvvələrinin ehtiyatında olan vətəndaşlara və ehtiyatda olan zabitlərə münasibətdə penitensiar xidmət üçün nəzərdə tutulmuş xüsusi rütbələrin verilməsi qaydalarının tibb xidmətinə də şamil edilməsi təklif olunur. Boyukmillet.com-un məlumatına görə, bu, Milli Məclisin iclasında müzakirəyə çıxarılan “Ədliyyə orqanlarında qulluq keçmə haqqında” Qanuna dəyişiklik layihəsində əksini tapıb. Müzakirələr zamanı bildirilib ki, bu dəyişiklik nəticəsində tibb xidmətində vəzifəyə təyin olunan ehtiyatda olan hərbi …

Read More »

İstanbuldan Bakıya gələn sərnişində külli miqdarda dərman aşkar olunub

Dövlət Gömrük Komitəsinin Hava Nəqliyyatında Baş Gömrük İdarəsi əməkdaşlarının həyata keçirdiyi kompleks əməliyyat və gömrük nəzarəti tədbirləri nəticəsində dərman vasitələrinin qanunsuz yolla ölkə ərazisinə gətirilməsinin qarşısı alınıb. Boyukmillet.com komitəyə istinadən xəbər verir ki, İstanbul-Bakı aviareysi ilə gələn Azərbaycan vətəndaşı “Yaşıl kanal” buraxılış sistemi vasitəsilə gömrük zonasını tərk edərkən “Qırmızı kanal”a yönləndirilərək əl yükü və baqajına stasionar rentgen qurğusunda baxış keçirilib. …

Read More »

ABŞ-nin narkotik ticarətçilərinə zərbələri kokain daşınmasının qarşısını ala bilməyib

ABŞ ordusunun narkotik daşımaqda şübhəli bilinən gəmilərə endirdiyi zərbələr kokain istehsalı və tədarükünün artımını dayandıra bilməyib. Boyukmillet.com-un “The Wall Street Journal”a (WSJ) istinadən verdiyi məlumata görə, 2025-ci ilin payızında başlayan ABŞ kampaniyası qlobal narkotik ticarətinə təsir göstərsə də, onun effektivliyi şübhə altındadır. Hüquq-mühafizə orqanları əməkdaşlarının sözlərinə görə, rekord miqdarda kokain gündəlik olaraq ABŞ, Avropa və Avstraliyaya daşınmaqda davam edir. Amerika …

Read More »

AQC sədri Azərbaycanın Rumıniyadakı səfiri ilə görüşüb – FOTO

Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) İdarə Heyətinin sədri Vüqar Oruc Ruminiyaya işgüzar səfəri çərçicəsində Buxarestdə Azərbaycanın Rumıniyadakı səfiri Qüdsi Osmanovla görüşüb. Görüşdə AQC sədri səfirə Rumuniya ilə Azərbaycan arasında qiymətləndirmə sahəsində əməkdaşlıq imkanları, Azərbaycan mütəxəssislərinin Avropa qiymətləndirmə məkanına inteqrasiyası və beynəlxalq peşəkar əlaqələrin genişləndirilməsi istiqamətləri barədə məlumat verib. Vüqar Oruc Azərbaycan qiymətləndiriciləri ilə Rumıniya Qiymətləndiricilər Palatası (ANEVAR) arasında əməkdaşlığın rəsmiləşdirilməsi və …

Read More »

Tramp Rusiya və Ukraynadan yalnız neft zavodlarına zərbələrin dayandırılmasını istəyir

ABŞ prezidenti Donald Tramp hazırda Rusiya və Ukraynanın bir-birinin bütün enerji infrastrukturuna deyil, yalnız neft emalı zavodlarına zərbələrin dayandırılması barədə razılığa gəlməsinə diqqət yetirir. Boyukmillet.com Axios-a istinadən xəbər verir ki, Tramp Rusiyadan Ukraynanın mülki enerji infrastrukturuna zərbələri dayandırmasını istəməyib: “Ağ Evin yüksək vəzifəli rəsmisi izah edib ki, müzakirə hər iki tərəfin neft emalı zavodlarına hücumları dayandırmaq barədə razılığa gələcəyi potensial …

Read More »