Şənbə , 28 Noyabr 2026
Drone Cameras

Dəhşətli cinayət: sevgilisini öldürüb meyiti ilə polis idarəsinə getdi – FOTO

Türkiyənin Aksaray şəhərində 39 yaşlı Necati Doğanay ondan ayrılmaq istəyən 31 yaşlı sevgilisi Rabia Yeşildalı avtomobildə tapança ilə vuraraq öldürüb. Daha sonra qadının meyitinin olduğu avtomobillə polis bölməsinə gedərək təslim olub.

Oxu.Az DHA-ya istinadən xəbər verir ki, hadisə noyabrın 28-də saat 4 radələrində Yunus Emre məhəlləsində baş verib.

Türkiyədə dəhşətli cinayət: Sevgilisini öldürüb meyiti ilə polis idarəsinə getdi - Foto

İki uşaq anası Rabia Yeşildal sevgilisi Necati Doğanayla birgə yaşamağa başladıqdan sonra onun evli və üç uşaq atası olduğunu öyrənib. Bundan sonra tərəflər arasında mübahisə yaranıb.

Mübahisədən sonra Doğanay qadını Pınar məhəlləsində yaşayan anasının yanına apara biləcəyini deyib. Onlar birlikdə evdən çıxaraq avtomobilə miniblər. Bu zaman Necati Doğanay tapança ilə Yeşildala atəş açıb. Başından güllə yarası alan iki uşaq anası hadisə yerində həyatını itirib.

Necati Doğanay Yeşildalın meyitinin olduğu avtomobillə polis bölməsinə gedərək təslim olub.

Türkiyədə dəhşətli cinayət: Sevgilisini öldürüb meyiti ilə polis idarəsinə getdi - Foto

Qeyd edək ki, Rabia Yeşildal 25 gün əvvəl 33 yaşlı keçmiş əri Osman Oruç tərəfindən 15 bıçaq zərbəsi ilə öldürülən Şefika Yeşildalın qohumudur.

Check Also

Ata qızını öz məzarını qazmağa məcbur edib və öldürüb

Çeçenistanda 25 yaşlı qadının qətli ilə bağlı sarsıdıcı iddialar yayılıb. Kurçaloi kənd sakini Samradi Muzayevin …