Bazar ertəsi , 14 Sentyabr 2026

krimnal

Ata qızını öz məzarını qazmağa məcbur edib və öldürüb

Çeçenistanda 25 yaşlı qadının qətli ilə bağlı sarsıdıcı iddialar yayılıb. Kurçaloi kənd sakini Samradi Muzayevin qızı Zuhra Muzayevanı öldürdüyü ehtimal olunur. Bildirilir ki, o, öz məzarını qazmağa məcbur edilib və daha sonra güllələnib. Qətlin mümkün səbəbi kimi ailədaxili münaqişə və xəyanət şübhələri göstərilir. Məlumatlar 2026-cı ilin aprel ayının sonlarında yayılmağa başlayıb. “Novaya Gazeta Europa” jurnalistləri ilə birgə aparılan araşdırma nəticəsində …

Read More »

İş adamını güllələməkdə şübhəli bilinən şəxs saxlanıldı

Bu gün saat 01:30 radələrində Zaqatala rayon sakini, 39 yaşlı İsa Boloyev Yuxarı Tala kəndi ərazisində yerləşən restorandan çıxarkən ov tüfəngindən açılan atəş nəticəsində xəsarət alaraq xəstəxanaya yerləşdirilib. DİN-in Mətbuat Xidmətinin regional qrupundan Musavat.com-a bildirilib ki, polis əməkdaşları tərəfindən həyata keçirilən tədbirlərlə əməli törətməkdə şübhəli bilinən 28 yaşlı Musa Mustafazadə saxlanılıb. Ondan ov tüfəngi götürülüb. Araşdırma aparılır.

Read More »

Bakıda hoteldə 30 yaşlı ofisiant qətlə yetirilib

Bakıda hoteldə qətl hadisəsi törədilib. Boyukmillet.com xəbər verir ki, Xətai rayonunda yerləşən “Boulevard Hotel”də ofisiant kimi çalışan 1996-cı il təvəllüdlü Şəmistan Əliyev öldürülüb. Hadisəni törətməkdə şübhəli bilinən 1992-ci il təvəllüdlü Seymur Manafov saxlanılıb. Faktla bağlı Xətai Rayon Prokurorluğunda cinayət işi açılıb.

Read More »

Lənkəranda qardaş qardaşını bıçaqlayıb

Lənkəranda qardaş qardaşını bıçaqlayıb. Boyukmillet.com xəbər verir ki, Lənkəran şəhər sakini Mirzəyev Emral Əmin oğlu aralarında yaranmış münaqişə zamanı qardaşı Mirzəyev Semral Əmin oğluna bıçaqla xəsarətlər yetirib. Faktla bağlı cinayət işi başlanılmaqla istintaq aparılır.

Read More »

İllər əvvəl Bakıda “banda” yaradıb, DƏHŞƏT SAÇAN Xəyala hökm oxundu

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Səbuhi Hüseynovun sədrliyi ilə cinayətkar birlik təşkil edərək dəstənin digər üzvləri ilə birgə Bakı şəhərinin müxtəlif ərazilərində bir sıra ağır və xüsusilə ağır cinayət əməlləri törətməkdə təqsirləndirilən Xalid Tağıyevə prokuror iş istəyib. Belə ki, dövlət ittihamçısı X.Tağıyevin 15 il azadlıqdan məhrum edilməsini istəyib. Zərərçəkənin nümayəndəsi X.Tağıyevin ən ağır cəzaya məhkum edilməsini istəyib. X. …

Read More »

“Aytacı asandan sonra 3 aylıq uşağımızın ağladığını eşitdim…”

Naxçıvanda 4 il əvvəl evləndiyi arvadını asıb öldürməkdə ittiham olunan 34 yaşlı Azər İbrahimlinin məhkəməsi başa çatıb. “Qafqazinfo” Sədərək rayonunun eyniadlı kəndində baş verən qandonduran cinayətin detallarını əldə edib. Azər Ağcabədidən olan həyat yoldaşı Aytac İbrahimli ilə “TikTok”da tanış olub, cütlük bir neçə ay sonra ailə qurub. Kənd evində kirayə yaşamış ailənin birgə nikahdan iki övladı var. Azər cinayət törətməmişdən …

Read More »

21 yaşlı Rəşad anasına 57 bıçaq zərbəsi vurub- “Qonşular məni görüb, evə qaçdı” -TƏFƏRRÜAT

Mingəçevirdə 45 yaşlı Natella Çıraqovanın oğlu 2003-cü il təvəllüdlü Rəşad Çıraqov tərəfindən xüsusi amansızlıqla qətlə yetirilməsinin təfərrüatı məlum olub. Rəşad anasına 57 bıçaq zərbəsi vurubmuş. Boyukmillet.com Musavat.com saytına istinadən xəbər verir ki, Rəşad qətli namus üstündə törətdiyini deyib. O, atası ilə anası ayrıldıqdan sonra anası ilə yaşayıb. Onun sözlərinə görə anasının başqa şəxslə münasibəti olduğundan şübhələnib. Bir neçə dəfə anasından telefon …

Read More »

Ata qızının dırnağı kəlbətinlə çəkdi, sobada çiynini yandırdı, yerə çırpdı – CƏZA

Sumqayıt Şəhər Məhkəməsində əzab vermədə, xüsusi amansızlıqla qəsdən sağlamlığa az ağır zərərvurmada və qanunsuz olaraq narkotik vasitələri saxlamada təqsirləndirilən Vahid Fərəcovun (şərti) cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb. BiG.AZ Pravda.az-a istinadən xəbər verir ki, hakim Ramiz Quliyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Məhkəmənin hökmü ilə V.Fərəcov cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 2 il müddətə azadlıqdan məhrum edilib. İttihama görə, Vahid Fərəcov …

Read More »

Bakıda gənc oğlan kürəyindən bıçaqlanıb

Bakının Səbail rayonunda bıçaqlanma hadisəsi baş verib. “Report”un məlumatına görə, 20-ci sahə deyilən ərazidə dava zamanı 29 yaşlı Nicat İsmayılov tanışı tərəfindən bıçaqlanıb. Yaralı təcili tibbi yardımın köməkliyi ilə 1 saylı şəhər kliniki xəstəxanasına çatdırılıb. Müayinə zamanı ona kürək nahiyəsində 1 ədəd kəsilmiş-deyilmiş daxilə nüfuz edən bıçaq yarası aşkarlanıb. Yaralı əməliyyata götürülüb. Faktla bağlı araşdırma aparılır.

Read More »

Əhməd Əhmədovdan məhkəmədə SENSASİON etiraf – AİLƏMİ BUNA GÖRƏ ÖLDÜRDÜM!- VİDEO

TV Müsavatın əldə etdiyi məlumata görə, Ə.Əhmədov məhkəmədə sensasion etiraflar edib. Belə ki, ilkin istintaqda danışmaqdan imtina edən və özünün gərgin psixoloji durumda olduğunu nümayiş etdirməyə çalışan Ə.Əhmədov məhkəmədə ailə üzvlərini məqsədli şəkildə qətlə yetirdiyini boynuna alıb. Buna səbəb kimi atasının ailəyə məxsus mənzili bacısına verməsini göstərib. Ə.Əhmədov məhkəmədə bildirib ki, Rusiyada yaşayan ərindən boşanaraq Bakıya gələn bacısı öncə valideynlərinə …

Read More »