Türkiyənin 60 vilayətində mütəşəkkil cinayətkarlıq və qanunsuz silah dövriyyəsinə qarşı keçirilən genişmiqyaslı əməliyyatlar nəticəsində 280 şübhəli saxlanılıb.
Boyukmillet.com xəbər verir ki, əməliyyatlar ölkənin daxili işlər naziri Mustafa Çiftçinin göstərişi ilə Baş Prokurorluqların koordinasiyasında, Milli Kəşfiyyat Təşkilatı (MİT), Polis Baş İdarəsinin müvafiq qurumlarının birgə iştirakı ilə həyata keçirilib.
Araşdırmalar zamanı şübhəlilərin silahlı hücumlar, obyektlərin atəşə tutulması və yandırılması yolu ilə əhali arasında qorxu və təşviş yaratdıqları, qanunsuz silah alveri ilə məşğul olduqları müəyyən edilib.
Həmçinin onların sosial şəbəkələr və kommunikasiya platformaları vasitəsilə cinayətkar qruplaşmalara yeni üzvlər cəlb etməyə, silahlı hücumlar üçün icraçılar tapmağa və təşkilatların təbliğatını aparmağa çalışdıqları aşkarlanıb.
Əməliyyatlar zamanı çoxlu sayda silah və döyüş sursatı müsadirə edilib.
Boyukmillet.com Biz yanmasaq vətən yanar

