Çərşənbə , 25 Noyabr 2026
Drone Cameras

Bakı sakininin övladları internat məktəbindən niyə çıxarılır? – ŞİKAYƏT və RƏSMİ CAVAB

Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi sakini Əzizov Vidadi Niyətulla oğlu övladlarının təhsil aldıqları məktəbdən çıxarılacağı barədə aldığı xəbərdarlıqdan narahatdır.

Bununla bağlı Xezerxeber.az saytının qaynar xəttinə müraciət edən Vidadi Əzizov deyir ki, iki övladı Sabunçu rayonunun Bilgəh qəsəbəsində yerləşən 11 saylı İnteqrasiya təlimi internat məktəbində təhsil alırlar. Onlardan biri 5-ci, digəri isə 10-cu sinifdə oxuyurlar. Hər iki şəxs 1-ci sinfdən həmin məktəbə gedirlər.

Bakı sakininin övladları internat məktəbindən niyə çıxarılır? - ŞİKAYƏT və RƏSMİ CAVAB

Valideynin iddiasına görə, bu günlərdə onlardan ya işsizlik, əlillik, yaxud da sosial yardım aldıqları barədə məktəbə arayış təqdim etmələri tələb olunub. Bildirdiyinə görə, həmin arayışlardan hansısa biri təqdim olunmasa övladları məktəbdən kənarlaşdırılacaq. Odur ki, xəbərdarlıqdan narahat olan valideyn mövcud vəziyyətlə bağlı aidiyyəti qurumlara müraciət etdiyini, lakin cavab ala bilmədiyini söyləyir: “Yaşadığımız ünvana həmin məktəb yaxındır. Maraqlanmışıq, Maştağadakı məktəblərdə boş yer yoxdur. Qalmışıq çarəsiz vəziyyətdə”.

Məsələ ilə bağlı sözügedən 11 nömrəli İnteqrasiya təlimli internat məktəbindən Xezrexeber.az-ın sorğusuna cavab olaraq bildirilib ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 270 nömrəli qərarının 8-ci bəndinə əsasən, internat tipli ümumtəhsil məktəbinin ümumtəhsil bölməsinə şagirdlərin qəbulu müəyyən meyarlar əsasında həyata keçirilir.

“Bu meyarlara valideynlərin hər ikisinin işsiz olması, əlillik vəziyyəti, ailənin ünvanlı dövlət sosial yardımı alması və digər müvafiq şərtlər (hallar) daxildir. Bu məsələ qanunvericiliyin tələbidir”,-deyə təhsil müəssisəsindən qeyd olunub.

Atif Sarıxanlı

Check Also

Kəlbəcərin işğaldan azad edilməsindən 6 il ötür

Kəlbəcərin işğaldan azad edilməsindən 6 il ötür.Boyukmillet.com-un məlumatına görə, Azərbaycan Ordusunun Ermənistanın 2020-ci il sentyabrın …