Şənbə , 27 Aprel 2024

Dünya

Əfqanıstanda bir jurnalist öldürülüb, daha biri qaçırılıb

Əfqanıstanda “Taliban” hərəkatı Paktiyə əyalətində fəaliyyət göstərən “Paktia Chaq” radiosunun baş redaktoru Tufan Ömərini Kabildə qətlə yetirib. Boyukmillet.com xəbər verir ki, həmçinin Xost əyalətində fəaliyyət göstərən “Boost” radiosunun baş redaktoru Niyamətullah Həmət də Helmənd əyalətinin Nəva bölgəsində girov götürülüb. Qeyd edək ki, “Taliban” bu ilin birinci yarısında aralarında 8-i qadın olmaqla azı 20 nəfər jurnalisti qətlə yetirib, bir çoxlarına da …

Read More »

Prezident bəzi şəxslərin sınaq müddəti olmadan dövlət qulluğuna qəbulunu təsdiqləyib

Prezident İlham Əliyev “Dövlət qulluğu haqqında” qanuna dəyişiklik edilməsi barədə qanunu təsdiqləyib. Boyukmillet.com xəbər verir ki, qanuna dəyişikliklə dövlət qulluğunun xüsusi növündə qulluq (xidmət) keçən və ya əvvəllər qulluq (xidmət) keçmiş (kiçik rəis heyəti və sıravi heyət vəzifələrini tutan və ya əvvəllər tutmuş şəxslər istisna olmaqla) və xüsusi (hərbi, diplomatik) rütbəyə malik olan şəxslər dövlət qulluğuna qəbul edildikdə, onlara staj …

Read More »

Gəncədə gənc əsgərlərin andiçmə mərasimi keçirilib – YENİLƏNİB

Müdafiə nazirinin tapşırığına əsasən, Azərbaycan Ordusunun digər hissə və bölmələrində olduğu kimi, Gəncə şəhərində yerləşən N Saylı Hərbi Hissədə də gənc əsgərlərin andiçmə mərasimi keçirilib. “Report”un Qərb Mərkəzinin məlumatına görə, Gəncə şəhərində yerləşən N Saylı Hərbi Hissədə keçirilən mərasim Vətən uğrunda canlarından keçən şəhidlərimizin bir dəqiqəlik sükutla yad edilməsi və Azərbaycan Respublikasının Dövlət himninin səsləndirilməsi ilə başlayıb. Mərasimdə Hərbi Hissə …

Read More »

ÜST rəhbəri bəşəriyyəti gözləyən böyük təhlükədən danışdı

“Bəşəriyyət real təhlükə dövrünə daxil olub və koronavirusla mübarizədə bir çox nailiyyətlər hazırda eroziyaya uğrayır”. Boyukmillet.com xəbər verir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adanom Qebreyesus brifinqdə bildirib. Onun sözlərinə görə, infeksiyaya yoluxanların sayında artıma səbəb sosial təmaslar, düzgün təşkil edilməyən ictimai siyasət tədbirləri və peyvəndin qeyri-bərabər paylanmasıdır. O, koronavirusa qarşı peyvəndin 80 faizdən çoxunun yüksək və orta …

Read More »

Paşinyan baş nazir kimi ilk səfərini İrana etdi

Ermənistanın yeni seçilmiş baş naziri Nikol Paşinyan İran İslam Respublikasına səfərə gedib. Boyukmillet.com xəbər verir ki,bu, parlamentdə baş nazir seçiləndən sonra Paşinyanın ilk xarici səfəridir. O parlament seçkisində qələbə qazandıqdan sonra Rusiyaya səfər edərək prezident Putinlə görüşmüşdü.  Paşinyan İrana səfəri çərçivəsində yeni seçilmiş prezident İbrahim Rəisinin andiçmə mərasiminə qatılacaq. Qeyd edək ki, Azərbaycanı andiçmə mərasimində Milli Məclisin sədri Sahibə Qafarova …

Read More »

Hindistanda hərbi helikopter qəzaya uğrayıb

Hindistanın şimalındakı Katxua dairəsində Hərbi Hava Qüvvələrinə məxsus helikopter qəzaya uğrayıb. Boyukmillet.com xəbər verir ki, bu barədə hərbi mənbələr bildiriblər. Məlumata görə, Hindistan helikopteri Pəncab əyalətinin Patxankota şəhərindən planauyğun uçuş edib və Rancit Saqar su anbarı yaxınlığında qəzaya uğrayıb. Güclü yağışlar nəticəsində daşqınlar yaranıb. Xilasedicilər hadisə yerinə getməyə çalışırlar. Helikopterin hər iki pilotu sağdır.

Read More »

Türkiyə meşələri üçün tək ürək oldu

Türkiyənin bir çox yerində ard-arda meydana gələn meşə yanğınlarından sonra 7-dən 70-ə bütün ölkə bir oldu və yanan meşələrin bərpası və ting ianəsi üçün səfərbərlik başladı. Ölkənin aparıcı qurumları, qeyri-hökumət təşkilatları, şirkətlər və fərdi iştirakla artan ianə kampaniyaları yanğından zərər çəkmiş meşələrin yenidən ağaclandırılmasına dəstək verməyə davam edir. Bəs yanmış meşə sahələri necə bərpa olunur? Türkiyədəki bütün meşə sahələri Kənd …

Read More »

“Ölkə xaricindən və bir mərkəzdən təşkil olunan sözdə yardım kampaniyası dövlətimizi aciz göstərmək məqsədilə başladılıb” – ALTUN

“Ölkə xaricindən və bir mərkəzdən təşkil olunan sözdə yardım kampaniyası dövlətimizi aciz göstərmək məqsədilə başladılıb” – ALTUN “Ölkə xaricindən və bir mərkəzdən təşkil olanan sözdə yardım kampaniyası ideoloji motivlərlə dövlətimizi aciz göstərmək və dövlət-millət birliyimizi zəiflətmək məqsədilə başladılıb”. Bu sözləri Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Fəxrəddin Altun öz “Twitter” hesabında yazıb. “Ölkəmizi cənginə alan meşə yanğınlarına qarşı dövlətimizin bütün …

Read More »

Rusiyada sərhəd gərginliyi: 1 həftədə 50 kəşfiyyat təyyarəsi “tutulub”

Rusiya sərhədləri yaxınlığında yaranan gərginliklər artmaqdadır. Boyukmillet.com xəbər verir ki, silahlı qüvvələrin “Krasnaya Zvezda” nəşrinin yazmasına görə, Müdafiə Nazirliyi yeni sərhəd gərginlikləri barədə məlumat yayıb. Məlumatda deyilir ki, son bir həftə ərzində Rusiyanın radiolokasiya sistemləri ölkə sərhədləri yaxınlığında qırx xarici kəşfiyyat təyyarəsini izləyib. “Xarici ölkələrə məxsus qırx kəşfiyyat təyyarəsi, on kəşfiyyat PUA -sı sərhədlərimiz boyunca hava kəşfiyyatı aparıb. Radarlarımız onları …

Read More »