Cümə axşamı , 28 Mart 2024

Dünya

Zəngəzur haqqında nələri bilirik – 101 illik TARİXƏ BAXIŞ

Azərbaycan ötən ilin payızında tarixi qələbə qazanaraq Qarabağın 30 illik işğalına son qoydu. Cəmi 44 günə Ermənistan ordusunun darmadağın edilməsi ilə nəticələnən Vətən Müharibəsi Cənubi Qafqaz regionunda tamamilə yeni vəziyyət yaratdı. Azərbaycan xalqının cəm olduğu “Dəmir yumruq” sayəsində bölgənin geosiyasi mənzərəsi dəyişdi, işğalçılar ağ bayraq qaldıraraq qarşımızda diz çökdü və Ermənisan kapitulyasiyaya imza atdı. İkinci Qarabağ savaşının ən mühüm nəticələrindən …

Read More »

Ermənistanın təcavüzünə görə aqrar sektora dəymiş ziyanın kompensasiya edilməsinə başlanılıb

“Ötən il sentyabrın 27-dən başlayaraq Ermənistan silahlı qüvvələrinin Azərbaycan ərazisinə təcavüzü nəticəsində kənd təsərrüfatına dəymiş ziyanın aradan qaldırılması ilə bağlı əlavə tədbirlər haqqında” ölkə prezidentinin sərəncamının icrasına başlanılıb. Məlumata görə, hərbi təcavüz nəticəsində aqrar sektorda fəaliyyətinə zərər dəymiş 980 nəfərin siyahısı müəyyənləşib. Zərərin predmeti kimi iri və xırdabuynuzlu heyvan, at, ev quşu, ot bağlaması, texnika, arı yeşiyi, qazılmış səngərlərə görə …

Read More »

“KTMT hərbçilərini Kəlbəcər və Naxçıvan istiqamətində yerləşdirə bilər” – RƏY

“Ermənistanın Baş naziri Nikol Paşinyan ötən həftə Azərbaycanla mübahisəli adlandırdığı sərhəddə Rusiya və yaxud KTMT hərbçilərinin yerləşdirilməsini təklif etmişdi. Əgər Rusiya və KTMT hərbçiləri təklifi qəbul etməsə, Minsk qrupunun həmsədr ölkələrinin hərbçilərini yerləşdirilməsini irəli sürmüşdür”. Boyukmillet.com xəbər verir ki, bunu Milli Cəbhə Partiyasının sədrinin müavini, politoloq Məhəmməd Əsədullazadə deyib. Onun sözlərinə görə, Baş nazir Paşinyan yaxşı bilir ki, onun alternativ …

Read More »

Jirinovski: “Ərdoğan İngiltərə ilə “Turan ordusu” qurur”

Rusiya Liberal Demokrat Partiyasının sədri, deputat Vladimir Jirinovski indi də Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanı hədəf alıb. Boyukmillet.com xəbər verir ki, avqustun 8-də “Rossiya-1” telekanalında yayımlanan “Solovyovla bazar axşamı” proqramın canlı efirində o dünyadakı vəziyyəti təhlil edərkən, Rusiyaya qarşı ciddi əks-təbliğat aparıldığını deyərək, İngiltərəyə və Türkiyəyə yönəlik ittihamlarla çıxış edib. LDPR lideri deyib ki, dünyada baş verən əsas hadisələrin arxasında …

Read More »

Xətaidə şəhidlərin xatirə löhvələrinin açılış mərasimi keçirilib

Xətai rayonunda Azərbaycanın Milli Qəhrəmanı, şəhid jurnalist Kazımağa Kərimovun və Vətən Müharibəsi şəhidi polkovnik-leytenant Babək Ramaldanovun xatirə löhvələrinin açılış mərasimi keçirilib. Boyukmillet.com xəbər verir ki, mərasimdən öncə doğum günü münasibətilə şəhid polkovnik-leytenant Babək Ramaldanovun II Fəxri Xiyabanda məzarı ziyarət olunub. Açılış mərasimində Müdafiə Naziriliyinin, Xətai rayon İcra Hakimiyyəti Aparatının nümayəndələri, şəhidlərin döyüş yoldaşları, ailə üzvləri, eləcə də digər idarə, müəssisə, təşkilat …

Read More »

Türkiyənin Meşə naziri: “2 yanğın qaldı, digərləri nəzarətə alındı”

Türkiyənin Kənd Təsərrüfatı və Meşə Naziri Bəkir Pakdemirli ölkədəki yanğınlarla bağlı son durum haqqında açıqlama yayıb. Boyukmillet.com xəbər verir ki, nazir Tvitter hesabından Milas və Köyceğiz yanğınları istisna olmaqla, bütün meşə yanğınlarının artıq nəzarət altına alındığını bildirib: “Meşə qəhrəmanları “Milas və Köyceğizdə qurudan və havadan böyük bir sədaqətlə işlərinə davam edir”-deyə nazir əlavə edib.

Read More »

İki neofaşist, Jirinovski və Solovyov bu dəfə Ərdoğana qarşı hədlərini aşdılar : “Azərbaycandan sonra Orta Asiyada güclənmək, Turan ordusu qurmaq istəyir”

Rusiya Liberal Demokrat Partiyasının lideri Vladimir Jirinovski indi də Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanı hədəf alıb. Avqustun 8-də “Rossiya-1” telekanalında yayımlanan “Solovyovla bazar axşamı” proqramın canlı efirində o dünyadakı vəziyyəti təhlil edərkən, Rusiyaya qarşı ciddi əks-təbliğat aparıldığını deyərək, İngiltərəyə və Türkiyəyə yönəlik ittihamlarla çıxış edib.  LDPR lideri deyib ki, dünyada baş verən əsas hadisələrin arxasında İngiltərə və ingilis kəşfiyyatı dayanır. …

Read More »

Əfqanıstanda bir jurnalist öldürülüb, daha biri qaçırılıb

Əfqanıstanda “Taliban” hərəkatı Paktiyə əyalətində fəaliyyət göstərən “Paktia Chaq” radiosunun baş redaktoru Tufan Ömərini Kabildə qətlə yetirib. Boyukmillet.com xəbər verir ki, həmçinin Xost əyalətində fəaliyyət göstərən “Boost” radiosunun baş redaktoru Niyamətullah Həmət də Helmənd əyalətinin Nəva bölgəsində girov götürülüb. Qeyd edək ki, “Taliban” bu ilin birinci yarısında aralarında 8-i qadın olmaqla azı 20 nəfər jurnalisti qətlə yetirib, bir çoxlarına da …

Read More »

Prezident bəzi şəxslərin sınaq müddəti olmadan dövlət qulluğuna qəbulunu təsdiqləyib

Prezident İlham Əliyev “Dövlət qulluğu haqqında” qanuna dəyişiklik edilməsi barədə qanunu təsdiqləyib. Boyukmillet.com xəbər verir ki, qanuna dəyişikliklə dövlət qulluğunun xüsusi növündə qulluq (xidmət) keçən və ya əvvəllər qulluq (xidmət) keçmiş (kiçik rəis heyəti və sıravi heyət vəzifələrini tutan və ya əvvəllər tutmuş şəxslər istisna olmaqla) və xüsusi (hərbi, diplomatik) rütbəyə malik olan şəxslər dövlət qulluğuna qəbul edildikdə, onlara staj …

Read More »