Cümə axşamı , 18 Aprel 2024

Dünya

Ərdoğan: “Azərbaycana təzyiq edən dövlətlərin hədəfi atəşkəs deyil”

“Öz torpaqlarını azad etmək istəyən Azərbaycan bu vətəndaş cəmiyyətinin (Türkiyə Təbiblər Birliyi nəzərdə tutulur – S.İ.) hədəfi ola bilməz”. Boyukmillet.com xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ədalət və İnkişaf Partiyasının parlamentdəki fraksiyasının toplantısında bildirib. Türkiyə lideri deyib ki, ölkəsində 100 minə yaxın erməni var və onlar Türkiyədə rahat yaşayırlar: “Əgər siz erməni hakimiyyətinin yanında yer alsanız, bu millət sizə …

Read More »

Azərbaycan Prezidentindən F-16-larla bağlı daha bir açıqlama

“Türkiyə F-16-ları buradadır, onlar təlim zamanı gəlmişdilər. Təlimdən sonrakı erməni təcavüzündən sonra burada qaldılar. Amma onlar yerdədir, havada deyillər. Onlardan heç biri bu savaşda iştirak etməyib. Türkiyədən heç bir insan bu savaşda iştirak etmir”. Boyukmillet.com xəbər verir ki, bunu Azərbaycan Prezidenti “Haber Türk”ə müsahibəsi zamanı deyib. “O ki, qaldı əcnəbi insanlara. O da yalandır. Bu, bizə qarşı qarayaxmadır, iftiradır, böhtandır. …

Read More »

İlham Əliyev Qarabağ ermənilərinə müraciət edib

“O ki, qaldı sülhdən sonrakı dönəmə, bizim mövqeyimizdə hər hansısa dəyişiklik yoxdur. Bizim mövqeyimiz həm tarixi ədalətə, həm beynəlxalq hüquqa, həm də dünyada mövcud olan müsbət təcrübəyə əsaslanır. Yəni, birinci mərhələdə işğal edilmiş rayonlardan erməni silahlı qüvvələri çıxarılır və prinsip etibarı ilə bu məsələ Minsk qrupu çərçivəsində artıq təsbit edilib – 5 rayon, ondan sonra 2 rayon”. Boyukmillet.com xəbər verir …

Read More »

Rusiya KİV: Ermənistan Qarabağdakı müharibəyə muzdlu əsgərlər cəlb edir

Ermənistanla Azərbaycan arasında Qarabağdakı hərbi münaqişədə erməni kökənli, amma ABŞ, Fransa və Rusiya vətəndaşlığına sahib olan silahlılar iştirak edir. Boyukmillet.com xəbər verir ki, bu barədə Rusiyanın “ura.ru” informasiya agentliyi yazıb. Agentlik qeyd edib ki, muzdluların cəlb edilməsində ictimai təşkilatlar kimi maskalanmış diasporlar və strukturlar mühüm rol oynayırlar. Onlar “könüllüləri” – erməni mənşəli əcnəbiləri cəlb edirlər. Ancaq Rusiya pasportlu münaqişə iştirakçılarını …

Read More »

Hikmət Hacıyev: “Azərbaycana qarşı raket hücumları Ermənistan ərazisindən həyata keçirilir”

“Ermənistan çalışır ki, münaqişənin coğrafiyası genişlənsin və üçüncü tərəfləri münaqişəyə cəlb etsin” “Humanitar atəşkəs adı altında Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycanın şəhərlərinə raket və artilleriya vasitələri ilə hücumlar davam edir”. Boyukmillet.com-un xəbərinə görə, bunu Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev deyib. O bildirib ki, Azərbaycana qarşı raket hücumları Ermənistan ərazisindən həyata keçirilir: “Ermənistan çalışır ki, münaqişənin coğrafiyası genişlənsin və üçüncü tərəfləri …

Read More »

MN: “Ermənistanın yaydığı yalanların məqsədi öz xalqını sakitləşdirməkdir”

“Hərbi qurumun nümayəndəsi hər gün mətbuat qarşısına həqiqəti əks etdirməyən məlumatlar və itkilər haqqında yalan statistikalarla çıxmağa məcburdur. Onun məqsədi cəbhədə böyük itkilərə məruz qalaraq bir-birinin ardından yaşayış məntəqələrimizi qoyub qaçan Ermənistan silahlı qüvvələrinin uğursuzluqlarını ört-basdır etmək, öz xalqını sakitləşdirmək və eyni zamanda bu təxribat xarakterli məlumatlarla dünya ictimaiyyətinin diqqətini yayındırmaqdır. Bu barədə Müdafiə Nazirliyindən bildirilib. “Bir daha rəsmi olaraq …

Read More »

XİN erməni nazirin açıqlamasına münasibət bildirdi

Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidməti departamenti Ermənistan xarici işlər nazirinin Moskvadakı brifinq zamanı verdiyi açıqlamasını şərh edib. Boyukmillet.com-un xəbərinə görə, XİN-in şərhində deyilir: “Ermənistanın Xarici İşlər naziri Zohrab Mnatsakanyanın Rusiya Federasiyasına rəsmi səfəri çərçivəsində verdiyi açıqlamada ənənəvi olaraq bir sıra həqiqətə uyğun olmayan məqamlar əksini tapır. Bu məqamlar Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ətrafında vəziyyəti yanlış təqdim etmək və …

Read More »

Çavuşoğlu: “Atəşkəslə birgə Ermənistana Azərbaycan ərazilərindən çəkil çağırışı da olmalıdır”

“Azərbaycanın verəcəyi qərarı hər şərtdə masada və meydanda dəstəkləyəcəyik”. Boyukmillet.com xəbər verir ki, bunu Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu söyləyib. “Heç kəs müharibə istəməz. Atəşkəs çağırışlarından əlavə, Ermənistana da Azərbaycan ərazilərindən çəkil çağırışı olarsa, BMT Təhlükəsizlik Şurası və ATƏT-in qərarları xatırladaraq çağırışlar edilərsə, o zaman beynəlxalq ictimaiyyətin bu problemi həll etmə arzunu görə bilərik. Ancaq bu çağırış, təəssüf ki, …

Read More »

Politoloqlar: “Ermənistanın cəzasız qalması daha çox cinayətə səbəb olur”

“Gəncəyə raket hücumu Ermənistanın danışıqlar kontekstində Azərbaycana təzyiq göstərmək cəhdidir. Çünki yekun nəticədə İrəvanda Bakının Dağlıq Qarabağ ərazilərini və bitişik bölgələri geri qaytarmaq fikrində ciddi olduğunu başa düşürlər və münaqişə zonasından kənar bölgələrə raket zərbələri ilə Azərbaycan əhalisini ruhdan salmağa çalışırlar”. Bunu ukraynalı politoloq, “Doktrina” Siyasi Araşdırmalar Mərkəzinin rəhbəri Yaroslav Bojko deyib. “Yaşayış məntəqələrinin atəşə tutulması bir çox cəhətdən hibrid müharibə üsuludur ki, …

Read More »