Bazar , 22 Noyabr 2026
Drone Cameras

Ukraynada yeni daxili işlər naziri postuna namizəd müəyyənləşib – EKSKLÜZİV

Ukraynanın bu gün istefa verən erməni əsilli daxili işlər naziri Arsen Avakovun yerinə Ali Radada (parlament) namizədliyi müzakirə olunacaq namizəd müəyyən olunub.

Boyukmillet.com xəbər verir ki, bu hakim “Xalqın Xidmətçisi” (“Suluqa naroda”) partiyasından, hazırda parlamentdə Hüquq mühafizə orqanlarının fəaliyyəti üzrə komitənin sədri Denis Monastriskiydir.

Avakovun istefa ərizəsinə və yeni daxili işlər nazirinin təsdiqi ilə bağlı məsələyə Ali Radanın iyulun 15-də keçiriləcək iclasda baxması gözlənilir.

Check Also

İrandan qaçaqmalçılıq yolu ilə gətirilən güclü təsiredici dərmanlar aptekdə satılıb, saxlanılanlar var

İrandan güclü təsiredici dərmanları qaçaqmalçılıq yolu ilə gətirərək “Vidal” aptekdə narkotik asılılığı olan şəxslərə qanunsuz …