Çərşənbə , 1 May 2024

Dünya

Düşmən bir daha qadağan olunmuş raketlərdən istifadə edib

Ermənistan silahlı qüvvələri tərəfindən Goranboy ərazisinə atılan raketin bombleti zərərsizləşdirilib. Boyukmillet.com-un məlumatına görə Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik (ANAMA) cəbhəboyu ərazilərdə öz fəaliyyətini davam etdirir. Bu gün Goranboy rayon ərazisində boş sahəyə düşən “Smerç” adlanan kaset başlıqlı raketin “9N235” model bombleti ANAMA əməkdaşları tərəfindən zərərsizləşdirilib. Qeyd edək ki, bu bombletlər qəlpəlidir və içərisində yüngül zirehli maşınları, texnikaları …

Read More »

İlham Əliyev: Hadrut qəsəbəsi və bir neçə kənd işğaldan azad edilib

İlham Əliyev Azərbaycan ordusu bir neçə yaşayış məntəqəsini işğaldan azad edib. Boyukmillet.com xəbər verir ki, bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev xalqa müraciətində deyib. O bildirib ki, bu sıraya Hadrut qəsəbəsi və bir neçə kənd daxildir Belə ki, Hardrut qəsəbəsi, Çaylı kəndi, Yuxarı Güzlək kəndi, Gorəzilli kəndi, Qışlaq kəndi, Qaraçaylı kəndi, Əfəndilər kəndi, Süleymanlı kəndi, Sur kəndi Ermənistanın hərbçilərinin işğalından azad olunub.

Read More »

Qarabağ döyüşləri davam edir – Paşinyan Azərbaycan Prezidentinə təslim oldu

Sentyabrın 27-dən başlayaraq cəbhə boyu gedən döyüşlərdə Azərbaycan Ordusu həyata keçirdiyi əks hücum əməliyyatları nəticəsində işğal altında olan torpaqlarımızın bir qismini azad edib. Beləliklə, ordumuz işğal altında olan doğma torpaqlarımızda həyata keçirilən döyüşlərdə üstünlüyü ələ alıb və şəhər, kənd və bir sıra yüksəkliklərin düşmən tapdağından azad olunmasına nail olub. Azərbaycanın hərbi əməliyyatlarda əldə etdiyi uğurlarla yanaşı, diplomatik müstəvidə də irəliləyişlərə …

Read More »

28 ildən sonra Suqovuşandan Tərtər çayına buraxılan su

Azərbaycan Ordusunun həyata keçirdiyi əks-hücum əməliyyatları nəticəsində Suqovuşan kəndi düşmən işğalından azad olunduqdan sonra Suqovuşan su anbarından suyun buraxılmasına nail olunub. Nəticədə 28 ildən sonra su anbarından Tərtər, Goranboy və Yevlax rayonlarına suyun verilməsi təmin edilib. Bu barədə “Report”un cəbhə bölgəsinə ezam olunmuş əməkdaşı xəbər verir. Eyni zamanda Suqovuşan su anbarından suyun verilməsi Tərtər çayının da suyunun həcminin artmasına səbəb …

Read More »

Azərbaycan-Qazaxıstan işçi qruplarının II iclası keçirilib

Azərbaycan və Qazaxıstanın energetika nazirlərinin müavinləri – Samir Vəliyev və Aset Maqauovun həmsədrliyi ilə “Qazaxıstanın neft və neft məhsullarının Azərbaycan üzərindən tranziti” və “Qazaxıstan mənşəli mayeləşdirilmiş təbii qazın Xəzər dənizi vasitəsilə Azərbaycana çatdırılması və nəqli” üzrə İşçi qruplarının videokonfrans formatında ikinci iclası keçirilib. Boyukmillet.com xəbər verir ki bu barədə nazirlikdən məlumat verilib. Məlumata görə, həmsədrlər COVID-19 pandemiyası ilə əlaqədar yaranmış çətinliklərə baxmayaraq, iki …

Read More »

Ermənistanın Müdafiə Nazirliyi: Yaralı hərbçilərin 70 faizi orduya qayıtmır

İşğalçı Ermənistan ordusunun Dağlıq Qarabağda döyüşən silahlılarının cəmi 30 faizi yenidən hərbi xidmətə qayıdır. Boyukmillet.com Ermənistan mətbuatına istinadən xəbər verir ki, bu barədə yerli Müdafiə Nazirliyinin nümayəndəsi Arçrun Ovannisyan bildirib. O, hərbi qulluqçuların orduya “qısa” müddətdə qayıtdığını vurğulayaraq, bunu tibb işçilərinin “fədakarlığı” ilə əlaqələndirib.  Nazirliyin nümayəndəsi Azərbaycan Ordusunun artilleriyadan intensiv istifadə etdiyini etiraf edib. Erməni hərbçinin sözlərinə görə, sentyabrın 27-dən …

Read More »

Ermənilərin Brüsseldə keçirdiyi aksiya dağıdıldı

Avropa İttifaqının Dağlıq Qarabağ münaqişəsinə yanaşması ilə razı olmayan ermənilərin aksiyası dağıdılıb. Boyukmillet.com TASS-a istinadən xəbər verir ki, hadisə Belçika, həmçinin Aİ-nin siyasi paytaxtı Brüsseldə olub. Məlumata görə, razılaşdırılmış mitinqin iştirakçıları şəhər küçələrini bağlamağa başlayıb. Hadisə yerinə gələn polis nümayişçilərə xəbərdarlıq etsə də, onlar buna məhəl qoymayıb. Polis onları su şırnağı ilə dağıdıb.

Read More »

İlham Əliyev Putinlə telefonla danışdı

Bu barədə Azərbaycan Prezidentinin Mətbuat Xidməti məlumat yayıb. Dövlət başçısı Rusiya Prezidentini ad günü münasibətilə təbrik edib, Rusiyanın inkişafı və firavanlığı naminə dövlətçilik fəaliyyətində ona yeni uğurlar, möhkəm cansağlığı arzulayıb. Vladimir Putin göstərilən diqqətə və təbrikə görə Azərbaycan Prezidentinə minnətdarlığını bildirib. Telefon söhbəti zamanı dövlət başçıları Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar yaranmış vəziyyəti müzakirə ediblər. Prezident İlham Əliyev və …

Read More »

Bu gün Azərbaycan Ordusu irəliləyərək yeni dayaq məntəqələrini azad edib

Bu gün ərzində Azərbaycan Ordusu müəyyən olunan istiqamətlərdə irəliləyərək yeni dayaq məntəqələrini azad etməklə ərazini düşmən qüvvələrdən təmizləyib. Bu barədə Azərbaycan Müdafiə Nazirliyindən məlumat verilib.  Döyüşlərdə düşmənin xeyli sayda canlı qüvvəsi, hərbi texnikası və digər döyüş vasitələri məhv edilib.

Read More »

Paşinyan növbəti dəfə rəzil duruma düşdü

Ermənistanın baş naziri Nikol Paşinyan növbəti dəfə BBC-nin müxbirinin sualları qarşısında aciz vəziyyətə düşərək pərt oldu. Boyukmillet.com xəbər verir ki, bundan əvvəl BBC-nin “HARDTalk” proqramında özünü rüsvay edən Paşinyan bu dəfə jurnalist İohan Fişerin ədalətli və sərt suallarını cavablandıra bilməyərək rəzil duruma düşdü. Ermənistanın baş naziri hər müsahibəsində məntiqsiz, absurd, bir-birinə tamamilə zidd olan fikirlər söyləməklə artıq bütün dünyada qeyri-ciddi siyasətçi kimi qəbul …

Read More »