Bazar , 15 Noyabr 2026
Drone Cameras

Emmanuel Makron sillələndi – VİDEO

Fransa prezidenti Emmanuel Makronun Drom rayonuna səfəri zamanı insident baş verib.

“Boyukmillet.com xəbər verir ki, dövlət başçısı meydanda onu gözləyən insanlara yaxınlaşıb və onlarla salamlaşmağa başlayıb.

Bu zaman bir kişi E.Makronun üzünə sillə vurub. Prezidentin mühafizəçiləri dərhal hadisəyə müdaxilə ediblər.

Mühafizəçilər E.Makronu hadisə yerindən uzaqlaşdırıblar. O, yenidən olay yerinə qaytımaq istəyib. Amma dövlət başçısının təhlükəsizlik xidməti buna icazə verməyib.

Hadisəyə görə iki nəfər saxlanılıb.

Check Also

“Meta” 805 milyon avro məbləğində cərimələndi

İtaliya “Meta”nı 805 milyon avro məbləğində cərimələyib.Boyukmillet.com xarici mediaya istinadən xəbər verir ki, İtaliyanın Fərdi …