Drone Cameras

Şimali Kipr Türk Cümhuriyyəti turizmi İstanbulda tanıdılır

İstanbulda təşkil edilən “İstanbul ACE of MICE 2021” turizm sərgisində Şimali Kipr Türk Cümhuriyyəti turizmi təbliğ olunur. 

Avropa.info bildirir ki, Turizm və Ətraf Mühit Nazirliyinin verdiyi məlumata görə, dünən başlayan və sabah tamamlanacaq sərgi İstanbul Konqres Mərkəzindədir. 
Konfrans və toplantı turizmi mövzulu “İstanbul ACE of MICE 2021” turizm sərgisində, KKTC 40 kvadrat metrlik bir stenddə tanıdılır. 

Turizm və Ətraf Mühit Nazirliyinin müşaviri Serhan Aktunç, KITSAB-ı təmsil edən Oğuz Akançay, KITOB-u təmsil edən Fethi Boğaç, Kipr Türk qəhvə mədəniyyətinin nümayəndəsi Okyay Sadıkoğlu, İstanbul Turizm Tanıtma koordinatoru Özge Palamutçu, Turizm Tanıtma və Marketinq şöbəsinin işçiləri Pembe Kılıç və Meryem Koç sərgiyə qatılıblar.

Sərgidəki ŞKTC stendində ölkənin konfransı, seminar və görüş imkanlarını, tarixi, mədəni və təbii gözəllikləri əks etdirən cəlbedici vizuallardan istifadə olunur.

Check Also

Ermənistan hərbçisi Azərbaycanla sərhəddə minaya düşüb

Ermənistan hərbçisi Azərbaycanla sərhəddə yerləşən Tavuş vilayətində minaya düşüb. Boyukmillet.com xəbər verir ki, bu barədə …