Bazar ertəsi , 26 Oktyabr 2026
Drone Cameras

“ABŞ və Avropadakı bütün ermənipərəst lobbiçilər və siyasətçilər araşdırılmalıdır”

Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev ABŞ-nin “The New York Post” nəşrindən senator Bob Menendesin həyat yoldaşının qanunsuz hərəkətləri barədə çıxarış paylaşaraq ermənipərəst siyasətçilərin fəaliyyətinin daha da araşdırılmasına çağırış edib.

Boyukmillet.com xəbər verir ki, Hikmət Hacıyev bu haqda tviter hesabında yazıb:

“Pul danışıqları! ABŞ və Avropadakı bütün antiazərbaycanlı ermənipərəst lobbiçilər və siyasətçilər daha da araşdırılmalıdır”.

Qeyd edək ki, H. Hacıyevin paylaşdığı xəbərin başlığında, “Sen. Bob Menendesin arvadı ofisi federal araşdırma ilə üzləşdiyini etiraf etməzdən aylar əvvəl 400 min dollar qızıl külçə satdı”, – sözləri qeyd olunub.

Check Also

ABŞ Venesuelaya qarşı mühüm məhdudiyyəti aradan qaldırır

ABŞ Maliyyə Nazirliyi Venesuelanı Amerika investisiyalarına ciddi məhdudiyyətlər tətbiq edən ölkələr siyahısından çıxarmaq niyyətindədir. Boyukmillet.com …