Çərşənbə axşamı , 7 May 2024
Drone Cameras

“Təhsilin beynəlmiləlləşdirilməsi hər bir universitet üçün xüsusi əhəmiyyət daşıyır” – NDU-un prorektoru

Naxçıvan Dövlət Universitetinin prorektoru Arzu Abdullayev də Naxçıvan Dövlət Universitetinin ingilisdilli beynəlxalq məktəbi haqqında Missiya.Az-a açıqlama verib.

Həmin açıqlamada belə deyilir:

“Qloballaşmanın, informasiya-kommunikasiyanın özü ilə gətirdiyi üstünlüklərdən biri də elm və təhsil sahəsində beynəlxalq əlaqələrin genişlənməsi və mübadilə xarakterli tədbirlərin böyük vüsət almasıdır. Təhsilin beynəlmiləlləşdirilməsi hər bir universitet üçün xüsusi əhəmiyyət daşıyır. Bu proses dünya ali məktəbləri arasında bu və ya digər təhsil müəssisəsinin yerini müəyyənləşdirən əsas amilə çevrilib. Bu kontekstdə beynəlxalq təhsil məkanına inteqrasiya etmək zərurəti yaradır. Bu baxımdan Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamı ilə təsdiq edilmiş “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı”ında Naxçıvan Dövlət Universitetinin üzərinə mühüm vəzifələr qoyulub ki, bu da mühüm tarixi əhəmiyyət daşıyır.

Dövlət Proqramında Naxçıvan Dövlət Universitetinin nəzdində ingilisdilli orta məktəbin yaradılması, xarici ölkələrin ali təhsil müəssisələri arasında əməkdaşlığın gücləndirilməsi, birgə proqramların təşkili, ali təhsil müəssisələrində yeni məzmunlu proqramların (SABAH, ingilisdilli tibb fakültəsi, tibbi tədqiqat klinikası və s.) tətbiq edilməsi nəzərədə tutulub. Bu gün Dövlət Proqramında əks olunan, universitetin üzərinə qoyulan mühüm müddüalar uğurla icra olunur ki, onlardan biri də qısa vaxtda qurulan və yeni tədris ilindən fəaliyyətə başlayacaq Naxçıvan Dövlət Universitetinin ingilisdilli beynəlxalq məktəbidir.

Bununla bağlı lazımi görüşlər də keçirilib və beynəlxalq məktəbdə qısa vaxtda Cembirige proqramının qurulması nəzərəd tutulur. Məlumat üçün də qeyd edim ki, bu ilin sentyabrından beynəlxalq məktəbdə həm məktəbəqədər hazırlıq sinifləri üçün həm də 5-ci siniflərdə təhsil alan şagirdlər üçün hazırlıq qrupları fəaliyyət göstərəcək. Naxçıvan Dövlət Universitetinin ingilisdilli beynəlxalq məktəbində 160 dan çox ölkənin 1000dən çox lisey və məktəblərinin qoşulduğu Cembirige proqramı tədris olunacaq.

Sözügedən beynəlxalq proqramda İELTS dərəcəsinə malik olan, və bir neçə təlim kurslarından uğurla keçib Sertifikat alan yerli və xarici müəllimlər çalışacaq. Bilirik ki, bu gün dünya təcrübəsində də geniş profilli və həmçinin tədqiqat yönümlü Universitetlərin tabeliyində orta məktəblər, Liseylər, kolleclər mövcuddur. Dünyanın aparıcı univeristetlərinin tərkibində beynəlxalq məktəblərin fəaliyyət göstərməsi ənənəsi var. NDU-nun nəzdinə ingilisdilli Beynəlxaq Məktəb gələcəkdə ali təhsil müəssisəsi ilə digər ölkələrin ali məktəbləri arasında əməkdaşlıqların güclənməsi, birgə proqramların təşkil olunması, həmçinin universitetlərdə yeni məzmunlu proqramların tətbiqi üzrə layihələrin həyata keçirilməsini də mümkün edəcək.

Əminliklə qeyd edə bilərik ki, Azərbaycan təhsil tarixində ilklərə imza atan Naxçıvan Dövlət Universitetinin ingilisdilli beynəlxalq məktəbi də qısa zamanda təhsilin inkişafı istiqamətində yüksək təhsil göstəriciləri ilə dövlətimizin inkişafına öz töhfələrini verəcək”.

Check Also

11 illik orta təhsil səviyyəsi üzrə buraxılış imtahanının nəticələri elan olunub

11 illik orta təhsil səviyyəsi üzrə 3 mart 2024-cü il tarixində keçirilmiş buraxılış imtahanının nəticələri …