Çərşənbə , 17 İyun 2026

Təhsil

DİM təkrar keçiriləcək buraxılış imtahanı ilə bağlı müraciət etdi

Dövlət İmtahan Mərkəzi 21 iyun 2026-cı il tarixində ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə müxtəlif növ imtahanlar (təkrar) keçirəcək. Bu barədə Boyukmillet.com-a DİM-dən məlumat verilib. Bildirilib ki, imtahan Bakı, Abşeron və Sumqayıtda təşkil olunacaq. Təkrar imtahanda 25-27 may tarixlərində qeydiyyatdan keçən və 9 illik təhsil bazasında kolleclərin müsabiqəsinə qatılmaq istəyən abituriyentlər iştirak edə bilərlər. Həmin abituriyentlər “İmtahana buraxılış vərəqəsi”ni buradan …

Read More »

17 yaşlı Yusif 10-dan çox nüfuzlu universitetdən qəbul aldı

Bakı şəhərindəki fizika-riyaziyyat təmayüllü liseyin 11-ci sinif şagirdi, 2009-cu il təvəllüdlü Yusif Yaqubov dünyanın müxtəlif ölkələrinin nüfuzlu universitetlərindən qəbul xəbərləri alıb. Boyukmillet.com xəbər verir ki, riyaziyyat üzrə respublika fənn olimpiadasının qaliblərindən biri olan Yusif dünyanın 10-dan çox nüfuzlu universitetindən qəbul alıb və onların bir neçəsində yüksək məbləğdə təqaüd qazanıb. Y. Yaqubovun qəbul aldığı universitetlər arasında aşağıdakılar yer alır: ADA Universiteti, Bakı Ali …

Read More »

Kəlbəcərdə 33 il sonra ilk zəng çalınıb

15 Sentyabr – Bilik Günü münasibətilə 33 illik fasilədən sonra, Kəlbəcərdə ilk zəng çalınıb. “Report”un Kəlbəcərə ezam olunan əməkdaşının verdiyi xəbərə görə, şəhərdə işğal dövründən sonra inşa olunan ilk tədris ocağı modul tipli binada fəaliyyətə başlayıb. Bina məktəblilərin təhsillərini davam etdirmələri üçün müvəqqəti olaraq təşkil edilib. Kəlbəcər şəhərində 2,24 hektar ərazidə müasir təhsil kompleksinin inşası davam edir. Kompleksdə ümumtəhsil orta …

Read More »

Rus bölməsi üzrə məktəbəhazırlıq qruplarına sərbəst qaydada məktəb və müəllim seçiminə başlanılıb

Ümumi təhsil müəssisələrinin rus bölməsi üzrə uşaqların məktəbəhazırlıq qruplarına qəbulu üçün sərbəst qaydada məktəb və müəllim seçiminə start verilib. Bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən məlumat verilib. Bildirilib ki, saat 11:00-dən etibarən Bakı və Gəncə şəhərlərindəki ümumitəhsil müəssisələrində rus bölməsi məktəbəhazırlıq qrupları üzrə prioritetlə seçim sərbəst qaydada seçimlə əvəz olunub. Seçim prosesi mektebeqebul.edu.az portalı vasitəsilə aparılır. Nəzərinizə çatdırırıq ki, internetə …

Read More »

Bu gün Azərbaycan məktəblərində rus bölmələrinin bağlanması gündəmdə deyil – RƏSMİ

Bu gün Azərbaycan məktəblərində rus bölmələrinin bağlanması gündəmdə deyil. Boyukmillet.com xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev “Sertifikatlaşdırma 2025: peşəkar müəllim – keyfiyyətli təhsil” mövzusunda tədbirdə çıxışı zamanı deyib. Nazir etiraf edib ki, bu gün ölkədəki məktəblərdə rus dili fəni üzrə müəllim çatışmazlığı var: “Şagirdin hansı bölmədə oxumasından asılı olmayaraq ana dilini yaxşı bilməsi öncəliyimizdir. Çünki şagird dövlət …

Read More »

Naxçıvan və İstanbul universitetləri arasında ikili diplom müqavilələri imzalanıb

Naxçıvan Dövlət Universiteti (NDU) ilə İstanbul Universiteti arasında ikili diplom müqavilələri imzalanıb “Report”un yerli bürosu xəbər verir ki, İstanbulda Naxçıvan Dövlət Universiteti ilə İstanbul Universiteti arasında iki ixtisas üzrə ikili diplom layihəsinin imzalanma mərasimi olub. İkili diplom müqavilələri NDU-nun rektoru Elbrus İsayev və İstanbul Universitetinin rektoru Osman Bülent Zülfikar tərəfindən imzalanıb. Tərəflər arasında ikili diplom layihəsi üzrə əməkdaşlıq magistratura səviyyəsində …

Read More »

Qarabağ Universitetində yeni təqaüd proqramı üzrə memorandum imzalanıb

Qarabağ Universitetində “Gələcəyin Qarabağı üçün birgə addımlar” konsept mesajı ilə keçirilən Qarabağ Təhsil və Tərəfdaşlıq Forumu çərçivəsində əməkdaşlığa dair memorandum imzalanıb. “Report”un Xankəndiyə ezam olunmuş əməkdaşı xəbər verir ki, sənədlər Təhsilin İnkişaf Fondu və digər qurumlar arasında baş tutub. Belə ki, fərqli sektorları təmsil edən qurum və şirkətlər Qarabağ Universitetində təhsil alan tələbələr üçün təqaüd təsis etmək öhdəliyini üzərlərinə götürüb.

Read More »

Azərbaycan və Özbəkistan arasında təhsil sahəsində əməkdaşlıq üzrə 60 sənəd imzalanıb

Özbəkistanın Əndican şəhərində ali təhsil sahəsində tərəfdaşlığın gücləndirilməsinə yönəlmiş Özbəkistan və Azərbaycan universitetlərinin rektorlarının ilk görüşü keçirilib. Boyukmillet.com Özbəkistanın Ali Təhsil, Elm və İnnovasiyalar Nazirliyinə istinadən xəbər verir ki, görüşdə 60 müxtəlif sənəd imzalanıb. “Görüşdə tələbə və alimlərin mübadiləsi, birgə təhsil proqramlarının və elmi tədqiqatların yaradılması, mütəxəssislərin hazırlanması keyfiyyətinin yaxşılaşdırılması və s. müzakirə edilib”, – məlumatda vurğulanıb. Tərəflər arasında həmçinin tələbə …

Read More »

Lisey və gimnaziyalara qəbul qaydalarında dəyişikliklərə aydınlıq gətirilib

Azərbaycan Respublikası Təhsil İnstitutu lisey və gimnaziyalara qəbul qaydalarında dəyişikliklərlə bağlı açıqlama yayıb.  Boyukmillet.com -un məlumatına görə, İnstitutun yaydığı açıqlamada 2025-2026-cı tədris ili üzrə Bakı şəhəri və ölkənin müxtəlif bölgələrində yerləşən, şagird qəbulu mərkəzləşdirilmiş imtahanla həyata keçirilən bir sıra lisey və gimnaziyaların 7-ci siniflərinə qəbul prosesinə start verildiyi qeyd olunub. “Şagirdlərin lisey və gimnaziyalarda təhsil almağa böyük maraqlarını və tədris ili …

Read More »

Şuşada beynəlxalq uşaq yaradıcılıq festivalı keçiriləcək

İyunun 1-də Şuşada Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə “Şuşa türk xalqları birliyinin mədəniyyət incisidir” adlı beynəlxalq uşaq yaradıcılıq festivalı keçiriləcək. Bubarədə  Elm və Təhsil Nazirliyindən məlumat verilib. Bildirilib ki, nazirliyin təşkilatçılığı ilə keçirilən festivalda türk dövlətlərinin məktəbliləri iştirak edəcəklər.  Beynəlxalq yaradıcılıq festivalının təşkilində məqsəd türkdilli dövlətlərdən olan uşaqlar arasında dostluq, qardaşlıq, əməkdaşlıq münasibətlərini daha da möhkəmləndirmək, uşaqlara öz ölkələrinin tarix və …

Read More »