Çərşənbə axşamı , 15 Sentyabr 2026

Təhsil

Məktəblilər arasında maarifləndirmə işləri aparılacaq

Cari ilin dekabr ayından SOCAR-ın “Azəriqaz” İstehsalat Birliyi Elm və Təhsil Nazirliyi ilə birgə ümumi təhsil müəssisələrində təbii qazdan təhlükəsiz istifadə ilə bağlı maarifləndirmə işləri aparacaq. Layihə çərçivəsində 5, 6 və 7-ci sinif şagirdləri arasında təbii qazdan təhlükəsiz istifadə, mənzillərdə qaz iyi hiss etdikdə görülməsi vacib tədbirlər və hamam otaqlarında dəm qazından qorunma yolları barədə maarifləndirmə işlərinin aparılması nəzərdə tutulur. …

Read More »

Şimali Kiprin Azərbaycandakı nümayəndəsi: “Mübarizəmiz başımız dik, qorxusuz yaşamaq üçündür”

Şimali Kiprin Azərbaycandakı nümayəndəsi: Mübarizəmiz başımız dik, qorxusuz yaşamaq üçündür “Şimali Kipr Türk Cümhuriyyətinin elan olunmasının 40-cı ilini Azərbaycanda qeyd etməkdən qürurluyuq”. Boyukmillet.com xəbər verir ki, bunu Şimali Kipr Türk Respublikasının Azərbaycandakı nümayəndəsi Ufuk Turqaner noyabrın 13-də Bakıda verilən rəsmi ziyafətdə çıxışı zamanı deyib. “Cümhuriyyətimizin qurulması yolunda şəhid olan, bu yolda canından, qanından keçən qardaşlarımızı rəhmətlə anırıq”, – o qeyd …

Read More »

Eksternat imtahanları üçün sənəd qəbuluna start verilir

Əvvəlki illərdə ümumi təhsil məktəblərini ümumi orta (IX) və tam orta (XI) təhsil səviyyələri üzrə başa vura bilməyən şəxslər üçün eksternat qaydasında keçiriləcək imtahanlara sənəd qəbulu başlayır. Bu barədə Bakı Şəhəri üzrə Təhsil İdarəsindən məlumat verilib. Bildirilib ki, idarənin tabeliyində fəaliyyət göstərən təhsil müəssisələrində əvvəlki illərdə təhsil almış, lakin ümumi orta və ya tam orta təhsil səviyyələrini başa vura bilməyən şəxslərin …

Read More »

2024–2025-ci tədris ilində xaricdə təhsil üzrə proqramların siyahısı müəyyən edilib

Növbəti tədris ilində “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022-2026-cı illər üçün Dövlət Proqramı” çərçivəsində dünyanın nüfuzlu universitetlərinin bakalavriat və magistratura səviyyələri üzrə maliyyələşdiriləcək təhsil proqramlarının siyahısı müəyyən edilib. Bu siyahının öncədən elan olunması təhsilini xaricdə davam etdirmək istəyən vətəndaşların göstərilən proqramlar üzrə qəbul sənədlərini daha əvvəl əldə etməsinə imkan yaradacaq. 2024–2025-ci tədris  ilində siyahıda 15 prioritet ixtisas sahəsi üzrə …

Read More »

Naxçıvan Dövlət Universitetində Qərbi Azərbaycanla bağlı xüsusi fənlər tədris olunacaq

Bu barədə Naxçıvan Dövlət Universitetinin sosial məsələlər və ictimaiyyətlə əlaqələr üzrə prorektoru, tarixçi alim Arzu Adullayev məlumat verib. Boyukmillet.com xəbər verir ki, 2024-2025-ci tədris ilindən əzəli ata-baba yurdumuz olan Qərbi Azərbaycanın siyasi tarixini, etnoqrafiyasını, milli-adət ənənələrini və mədəniyyətini gənc nəslə daha ətraflı öyrətmək üçün Naxçıvan Dövlət Universitetinin “Tarix”, ”Tarix müəllimliyi” , “Azərbaycan dili və ədəbiyyat müəllimliyi”, “Muzey, arxiv işi və …

Read More »

“Ulu Öndər Heydər Əliyevin mədəni irsimizin qorunmasında rolu” mövzusunda respublika elmi-praktik konfransı keçirilib

Soyqırımı Memorial Kompleksi və Bakı Qızlar Universitetinin birgə təşkilatçılığı ilə “Ulu Öndər Heydər Əliyevin mədəni irsimizin qorunmasında rolu” mövzusunda respublika elmi-praktik konfransı keçirilmişdir. Bakı Qızlar Universitetinin akt zalında təşkil olunmuş konfransda ilk olaraq Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilmiş, sonra isə Ulu öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canlarını qurban vermiş şəhidlərin ruhu 1 dəqiqəlik sükutla yad edilmişdir. Daha sonra …

Read More »

Təhsil xərci 19 dəfə artıb, keyfiyyəti isə: – “Pul ayrılanda elə bilirik ki, ancaq müəllimə verilməlidir”

“Prezident İlham Əliyevin rəhbərliyi ilə aparılan sosial siyasətin bir istiqaməti də rəqabətqabiliyyətli insan kapitalının formalaşması və yüksəkixtisaslı kadrların yetişdirilməsidir. Bu məqsədlə son 20 ildə dövlət büdcəsindən təhsilə ayrılan xərclər 19 dəfə artıb”. Bunu Baş nazir Əli Əsədov deyib. Qeyd edək ki, ötən müddət ərzində təhsilin inkişafı məqsədilə bir sıra addımlar atılıb və bunlardan biri kimi “2023-cü il dövlət büdcəsi haqqında” …

Read More »

Bakı Mühəndislik Universitetinin prorektoru işdən çıxarılıb

Bakı Mühəndislik Universitetinin (BMU) beynəlxalq əlaqələr üzrə prorektoru Manafəddin Namazov vəzifəsindən azad olunub. Boyukmillet.com xəbər verir ki, hələlik onun yerinə təyinat yoxdur. Qeyd edək ki, bu yaxınlarda universitetin keçmiş rektoru Havar Məmmədov Prezidentin müvafiq sərəncamı ilə vəzifəsindən azad edilib. Onun yerinə Elm və Təhsil Nazirliyinin Aparat rəhbərinin müavini, nazirliyin Elm, ali və orta ixtisas təhsili şöbəsinin müdiri vəzifəsini icra edən …

Read More »

Naxçıvan məktəblərində ilk dərs saatları Anım Gününə həsr olunub

Bu gün Naxçıvan Muxtar Respublikasının bütün ümumtəhsil məktəblərində ilk dərs saatları 27 Sentyabr – Anım Gününə həsr olunub. Boyukmillet.com xəbər verir ki, dərslərdə şagirdlərin diqqətinə çatdırılıb ki, 27 sentyabr Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2020-ci il 2 dekabr tarixli Sərəncamı ilə Anım Günü kimi qeyd edilir. Bildirilib ki, bu təqvimin Azərbaycan tarixində çox mühüm əhəmiyyəti var. Məhz 2020-ci ilin bu …

Read More »