Çərşənbə axşamı , 7 May 2024
Drone Cameras

Naxçıvan Dövlət Universitetində Qərbi Azərbaycanla bağlı xüsusi fənlər tədris olunacaq

Bu barədə Naxçıvan Dövlət Universitetinin sosial məsələlər və ictimaiyyətlə əlaqələr üzrə prorektoru, tarixçi alim Arzu Adullayev məlumat verib.

Boyukmillet.com xəbər verir ki, 2024-2025-ci tədris ilindən əzəli ata-baba yurdumuz olan Qərbi Azərbaycanın siyasi tarixini, etnoqrafiyasını, milli-adət ənənələrini və mədəniyyətini gənc nəslə daha ətraflı öyrətmək üçün Naxçıvan Dövlət Universitetinin “Tarix”, ”Tarix müəllimliyi” , “Azərbaycan dili və ədəbiyyat müəllimliyi”, “Muzey, arxiv işi və abidələrin qorunması” ixtisaslarında  

“Qərbi Azərbaycanın siyasi və etno-mədəni tarixi”

“Qərbi Azərbaycanın toponimikası”

“Qərbi Azərbaycanın maddi-mədəniyyət abidələri” fənləri tədris olunacaqdır. 

Bununla bağlı NDU-nun 30 oktyabr 2023-cü il tarixli Emi Şurasının Qərarı ilə təsdiq edilib.

Check Also

11 illik orta təhsil səviyyəsi üzrə buraxılış imtahanının nəticələri elan olunub

11 illik orta təhsil səviyyəsi üzrə 3 mart 2024-cü il tarixində keçirilmiş buraxılış imtahanının nəticələri …