Çərşənbə , 17 Aprel 2024

Elm

Müəllimlərin iş yerinin dəyişdirilməsi müsabiqəsinin vakansiya seçimi mərhələsinə başlanılır

Elm və Təhsil Nazirliyi sisteminə daxil olan dövlət ümumi təhsil müəssisələrində çalışan müəllimlərin iş yerinin dəyişdirilməsi müsabiqəsinin vakansiya seçimi mərhələsinə başlanılır. Boyukmillet.com xəbər verir ki, müsabiqə qaydalarına əsasən, vakansiya seçimi ilkin olaraq şəhid ailələrinin üzvləri üçün aktivləşdiriləcək. Müsabiqə üzrə qeydiyyatdan keçmiş və elektron ərizəsi təsdiq olunmuş şəhid ailələrinin üzvləri aprelin 17-si saat 11:00-dan etibarən şəxsi səhifələrinə daxil olaraq müvafiq vakant yer …

Read More »

Naxçıvan Təhsil Nazirliyinin Əsasnamə və strukturu təsdiqlənib

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədr müavini Anar İbrahimov Naxçıvan Təhsil Nazirliyinin fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında fərman imzalayıb. “Report”un yerli bürosu xəbər verir ki, fərmanla “Naxçıvan Muxtar Respublikasının Təhsil Nazirliyi haqqında Əsasnamə” və “Naxçıvan Muxtar Respublikasının Təhsil Nazirliyinin strukturu” təsdiq edilib. Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti Ali Məclis sədrinin aktlarının bu Fərmana uyğunlaşdırılması ilə bağlı təkliflərini iki …

Read More »

Martın 17-də 46 mindən çox şagird üçün buraxılış imtahanı keçiriləcək

Dövlət İmtahan Mərkəzi (DİM) martın 17-də 46 min 741 şagird üçün buraxılış imtahanı keçirəcək. Bu barədə DİM-dən məlumat verilib. Qeyd olunub ki, imtahan Bakı şəhərinin Sabunçu, Səbail, Xətai, Nəsimi, Nərimanov rayonlarında, Gəncə – 1, Samux, Daşkəsən, Qazax, Ağstafa, Şəki, Lənkəran – 1, Astara, Biləsuvar, Ağdam, Ağcabədi, Ağsu, Zərdab, Kürdəmir, İmişli, Şirvan, Qusar, Siyəzən, Xızı, Şabran rayonlarında ümumi (9 illik) orta təhsil …

Read More »

Göyçay Dövlət İdarəetmə və Texnologiya Kollecində ciddi nöqsanlar aşkarlanıb

2023-cü ilin dekabr ayından etibarən Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi tərəfindən orta ixtisas təhsili müəssisələrində mütəmadi olaraq monitorinqlər aparılır. Monitorinqlər zamanı kolleclərdə tədris prosesində mövcud olan problemlər, yol verilən nöqsanlar araşdırılır və onların aradan qaldırılması istiqamətində Agentlik tərəfindən qəti tədbirlər həyata keçirilir. Nəzərinizə çatdırırıq ki, Göyçay Rayon Prokurorluğunun 12 dekabr 2023-cü il tarixli qərarına əsasən Maliyyə Nazirliyi və …

Read More »

Ali təhsil müəssisəsindən xaric olunma ilə bağlı qaydalar dəyişib

Ali təhsil müəssisəsindən xaric olunma ilə bağlı qaydalar dəyişib. “Report”un əldə etdiyi məlumata görə, bununla bağlı Elm və Təhsil Nazirliyinin kollegiyası qərar qəbul edib. Tələbələr aşağıdakı hallarda ali təhsil müəssisəsindən xaric edilir: – öz arzusu ilə; – ali təhsil müəssisəsini dəyişdikdə; – ali təhsil müəssisəsinin daxili nizam-intizam qaydalarını kobud şəkildə (o cümlədən 3 ay davamlı olaraq dərslərdə iştirak etmədikdə və …

Read More »

Bakı məktəblərində nəzarətin gücləndirilməsi üçün elektron sistem yaradılır

Bakı şəhərinin təhsil müəssisələrində tədris və idarəetmə proseslərinin tamamilə elektronlaşması üzrə sistemin yaradılması planlaşdırılır. Boyukmillet.com xəbər verir ki, bunu Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdir əvəzi Nərminə Hüseynova deyib. O bildirib ki, sözügedən sistem təhsil müəssisələrində nəzarəti gücləndirməyə, tədris prosesi ilə bağlı məlumatların operativ və effektiv şəkildə izlənilməsi və təhlil edilməsinə, həmçinin akademik bacarıqların, eləcə də şagird davamiyyətinin qeydə alınması …

Read More »

Türkiyə-Azərbaycan Universitetində tədrislə bağlı yeni detallar açıqlanıb

Bu il ərzində işlər tamamlanacağı təqdirdə Türkiyə-Azərbaycan Universitetinə tələbə qəbuluna başlanılacaq. Boyukmillet.com  xəbər verir ki, bunu Türkiyə Ali Təhsil Şurasının (Yüksək Öyrətim Kurulu) sədri Erol Özvar bildirib. O, Azərbaycanda beynəlxalq əməkdaşlığı daha yüksək səviyyəyə daşıyacaq bir ali təhsil müəssisəsi modeli qurulacağını deyib. Şura sədri söyləyib ki, Türkiyə-Azərbaycan Universiteti bu il fəaliyyətə başlayacaq: “Layihənin ən mühüm xüsusiyyəti Türkiyə və Azərbaycanın ən …

Read More »

Türkiyə-Azərbaycan Universitetinə yeni tədris ilindən tələbə qəbulu planlaşdırılır

Türkiyə-Azərbaycan Universitetinə yeni tədris ilindən tələbə qəbulu planlaşdırılır. Boyukmillet.com xəbər verir ki, bunu elm və təhsil nazirinin müşaviri Nicat Məmmədli deyib. Müşavir bildirib ki, hər iki tərəfin müxtəlif universitetlərinin birgə təhsil proqramlarının tədrisi olacaq: “İlkin mərhələdə texnoloji ixtisaslar üzrə qəbul planlaşdırılır”. Onun sözlərinə görə, ixtisas sayı gələcək üçün artırılacaq: “Tədris binasının Bakıda yerləşməsi nəzərdə tutulub. Yaxın gələcəkdə iki ölkə arasında …

Read More »

Keçən il xaricdə təhsil almış 1000-dən çox şəxsin diplomu tanınmayıb

Keçən il xaricdə təhsil almış şəxslərin diplomlarının tanınması üzrə ümumilikdə 7 021 müraciətin ekspertizası keçirilib ki, onlardan 5 868-nə müsbət, 1 153-nə isə mənfi rəy verilib. Boyukmillet.com  xəbər verir ki, bunu Təhsildə Keyfiyyət Təminatı Agentliyinin İdarə Heyətinin sədri Tural Əhmədov keçirdiyi brifinqdə deyib. Onun sözlərinə görə, həmin müddətdə 8 yeni peşə ixtisası üzrə qiymətləndirilmə və tanınma həyata keçirilib: “Ümumilikdə, qiymətləndirilmə …

Read More »

Qarabağ Universitetində 20 ixtisas üzrə tədris aparılacaq

Xankəndi şəhərində fəaliyyət göstərəcək Qarabağ Universitetində bakalavr səviyyəsi üzrə 20 ixtisas tədris olunacaq. Boyukmillet.com xəbər verir ki, bu barədə elm və təhsil nazirinin müavini İdris İsayev jurnalistlərə açıqlamasında deyib. Nazir müavini bildirib ki, növbəti mərhələdə 10 istiqamət üzrə ixtisaslar olacaq: “Ali təhsil müəssisəsində mərhələli şəkildə 10 min şəxsin təhsil alması nəzərdə tutulur”.

Read More »