Şənbə , 27 Aprel 2024

Elm

Bakı Atatürk Liseyinin 30-cu məzuniyyət mərasimi keçirilib

Türk Dünyası Bakı Atatürk Liseyinin 30-cu məzuniyyət mərasimi keçirilib. Boyukmillet.com xəbər verir ki, tədbir Azərbaycan Dövlət Akademik Musiqili Teatrında baş tutub. Tədbirdə şəhidlərin xatirəsinin anılması, Azərbaycan və Türkiyənin dövlət himnlərinin səsləndirilməsi ilə başlayıb. Tədbirdə Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağcı, Türk Dünyası Araşdırmaları Vəqfinin sədri, professor Közhan Yazgan, Azərbaycan və Türkiyənin deputatları, ictimaiyyət nümayəndələri, Bakı Atatürk Liseyinin müəllim və şagird heyəti, …

Read More »

Regionlardakı uşaq bağçalarında nöqsanlar aşkarlanıb

Ombudsmanın Milli Preventiv Qrupunun üzvləri regionlarda uşaq müəssisələrinə başçəkmələr həyata keçirib. Qrup üzvləri Gəncə şəhər uşaq evinə, Gəncə şəhər inteqrasiya təlimli internat tipli gimnaziyaya, Goranboy rayonu R.Ağakişiyev adına inteqrasiya təlimli internat tipli gimnaziyaya, Zaqatala şəhər inteqrasiya təlimli internat tipli gimnaziyaya, Quba şəhər valideyn himayəsindən məhrum olmuş uşaqlar üçün tam orta internat məktəbinə və Quba şəhər xüsusi peşə məktəbinə əvvəlcədən xəbərdarlıq …

Read More »

Bakıda məktəbdə Zəfər Dəhlizi yaradılıb

Bakıda yerləşən Məmməd Rahim adına 7 nömrəli tam orta məktəbdə “Zəfər Dəhlizi”nin açılış mərasimi olub. Boyukmillet.com xəbər verir ki, mərasimdə Milli Məclisin deputatları Vüqar İsgəndərov, Ramil Həsən, Elşən Musayev, Nigar Arpadarai, Səbail Rayon İcra Hakimiyyəti başçısının müavini Kəmalə Həşimova, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin Ümumi sektorun müdiri Sevinc Rəsulova, Diaspor İnformasiya Mərkəzinin sədri Toğrul Allahverdili, Səbail rayon Gənclər və idman …

Read More »

Nazir: “Türkiyədə 26 mindən çox azərbaycanlı tələbə təhsil alır”

“Türkiyədə 26 mindən çox azərbaycanlı tələbə təhsil alır. Bu da bizi çox sevindirir”. Boyukmillet.com xəbər verir ki, təhsil naziri Emin Əmrullayev ADA-da keçirilən VII Beynəlxalq Sosial Elmlər Konqresində deyib. Onun sözlərinə görə, Azərbaycan-Türkiyə Universitetinin yaradılması istiqamətində intensiv şəkildə işləyirik: “Bu da ölkələrimiz arasında təhsil sahəsinin ən sıx pilləsi olacaq”.

Read More »

TBMM sədri: “Azərbaycan-Türkiyə Universitetinin yaradılmasını önəmli hesab edirəm”

“Bizim parlamentlərimiz Şuşa Bəyannaməsini də təsdiq edib. Həmin sənəddə ölkələrimizin daha da yaxınlaşmağına şərait yaradacaq məqamlar var”. Boyukmillet.com xəbər verir ki, bunu Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Mustafa Şentop ADA Universitetində keçirilən VII Beynəlxalq Sosial Elmlər Konqresində çıxışı zamanı deyib. “Azərbaycan-Türkiyə Universitetinin yaradılmasını önəmli hesab edirəm. Hətta gələn tədris ilindən bu təhsil müəssisəsinin fəaliyyətə başlamasını arzu edirəm”.

Read More »

Emin Əmrullayev: “Azərbaycanlı tələbələrin Türkiyədə təhsil alması dəstəklənəcək”

“Bu il ərzində Türkiyədə dövlət hesabına təhsil alacaq tələbələri görməkdən məmnun olacağıq”. Boyukmillet.com xəbər verir ki, təhsil naziri Emin Əmrullayev ADA Universitetində keçirilən VII Beynəlxalq Sosial Elmlər Konqresində çıxışı zamanı deyib. Onun sözlərinə görə, iki ölkə arasında əməkdaşlığın tarixi əhəmiyyəti var: “Prezident İlham Əliyevin imzaladığı sərəncamla xaricdə təhsillə bağlı dövlət proqramı çərçivəsində azərbaycanlı tələbələrin Türkiyə universitetlərində təhsil alması dəstəklənəcək”.

Read More »

Şuşada ilk respublika uşaq tədbiri keçiriləcək

İyunun 1-də Şuşada məktəblilər arasında “Şuşa ili”nə həsr olunmuş “Könlüm keçir Qarabağdan” adlı respublika incəsənət festival-müsabiqəsinin yekun konsert proqramı keçiriləcək.. Boyukmillet.com xəbər verir ki, tədbir Təhsil Nazirliyinin təşkilatçılığı, Mədəniyyət Nazirliyinin və Şuşa Dövlət Qoruğu İdarəsinin tərəfdaşlığı ilə Şuşa Real Məktəbinin qarşısında baş tutacaq. Tədbirdə müsabiqə qaliblərinin rəsm və əl işlərindən ibarət sərgi təşkil olunacaq, ədəbi-bədii kompozisiyalar nümayiş olunacaq. Həmçinin festival-müsabiqənin …

Read More »

Sabiq deputatın rəhbərlik etdiyi institut yenidən təşkil olunacaq

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) strukturuna daxil olan Hüquq və İnsan Haqları İnstitutu “Hüquqi Ekspertiza və Qanunvericilik Təşəbbüsləri Mərkəzi” publik hüquqi şəxsin tabeliyində “Hüquq və İnsan Haqları İnstitutu” publik hüquqi şəxsə çevrilməklə yenidən təşkil ediləcək. Boyukmillet.com xəbər verir ki, bu barədə Prezident İlham Əliyevin imzaladığı “Hüquqi Ekspertiza və Qanunvericilik Təşəbbüsləri Mərkəzinin yaradılması və fəaliyyətinin təmin edilməsi haqqında” fərmanda bildirilib. Qeyd …

Read More »

AMEA: “Lerikdə təhlükəli sürüşmə ərazisində yerləşən 11 ev köçürülməlidir”

AMEA akademik H.Ə.Əliyev adına Coğrafiya İnstitutunun Landşaftşünaslıq və landşaft planlaşdırılması şöbəsinin əməkdaşları Lerik rayonunun Lərmərud şürüşmə zonasında elmi tədqiqat işləri aparıblar. Boyukmillet.com xəbər verir ki, mütəxəssislər sürüşmənin baş verdiyi Lerikin Haftoni, Lərmərud, Nücü, Davidoni, Vamazğın və s. irili-xırdalı kəndlərinin yerləşdiyi Dırığ bölgəsi adlanan ərazisində landşaft ekoloji şəraiti tədqiq ediblər. Onların bildirdiyinə görə, Lərmərud sürüşmə sahəsi Lerik rayon mərkəzindən şimal-şərqdə, Masallı-Yardımlı şose …

Read More »

Salyanda “Media və hüquqi maarifləndirmə” adlı konfrans keçirilib

Regional media, qeyri-hökumət təşkilatları və vətəndaş cəmiyyəti institutları ilə mövcud kommunikasiyanın möhkəmləndirilməsi məqsədilə Baş Prokurorluğun silsilə tədbirlərinin davamı olaraq Salyan şəhərində “Media və hüquqi maarifləndirmə” adlı işgüzar konfrans təşkil edilib. Bu barədə “Report”a Baş Prokurorluğun Mətbuat Xidmətindən məlumat verilib. Konfrans iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin Salyanın mərkəzində ucaldılan abidəsini ziyarət edib. Tədbir çərçivəsində media qurumları və qeyri-hökumət təşkilatlarının nümayəndələrinin iştirakı …

Read More »