Cümə , 3 May 2024

Elm

Ucqar kəndlərdə yaşayan şagirdlərlə bağlı yeni layihəyə başlanılıb

Ucqar kəndlərdə yaşayan uşaqların həyatını müsbətə doğru dəyişmək, tələbə olmaq xəyalını reallaşdırmaq üçün yeni layihənin həyata keçirilməsinə başlanılıb. Boyukmillet.com xəbər verir ki, layihənin məqsədi ucqar kənd məktəblilərini elektron resurslarla təmin edərək, ali məktəblərə hazırlamaqla təhsildə qeyri-bərabərliyin aradan qaldırılmasına töhfə verməkdir. “Hər kəs üçün keyfiyyətli təhsil” prinsipinə söykənən layihənin xüsusi hədəf qrupu aztəminatlı ailələrin övladları, həmçinin internat məktəblərində oxuyan, valideynlərini itirmiş …

Read More »

Elm və təhsil naziri: “Sənədində axund, imam yazılan şəxs bizə müraciət edir ki, mənə diplom ver”

“Sənədində axund, imam, şəriət müəllimi yazılan şəxs bizə müraciət edir ki, mənə diplom ver. Diploma hansı ixtisası yazaq? Onun oxuduğu sahə təsdiq olunan ixtisas təsnifatında yoxdur, diploma hansı ixtisası yazım?!” Boyukmillet.com xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev Milli Məclisdə “Ali təhsil haqqında” qanun layihəsi ilə bağlı keçirilən ictimai dinləmədə çıxışı zamanı deyib. “Bir neçə min şəxsi …

Read More »

Nazir: “Ali təhsil müəssisələrində dövlət imtahanlarının ləğvi yeni məsələ deyil”

“Ali təhsil müəssisələrində dövlət imtahanlarının ləğvi yeni məsələ deyil. Bu, 2020-ci təsdiq olunan təhsil standartında var idi”. Bunu “Report”a açıqlamasında elm və təhsil naziri Emin Əmrullayev deyib. Nazirin sözlərinə görə, 2023-2024-cü ildə ali təhsil müəssisəsini bitirənlər dövlət imtahanı verməyəcəklər: “2020-2021-ci ildə universitetə qəbul olanlar ali məktəbi bitirəndə dövlət imtahanı verməyəcəklər. Dövlət imtahanı verənlər isə köhnə standartlarla təhsil alanlardır”.

Read More »

ADA-nın İnkişaf və Diplomatiya İnstitutu ilə Rumıniyanın Diplomatik İnstitutu əməkdaşlıq edəcək

Bu gün ADA Universitetinin İnkişaf və Diplomatiya İnstitutu ilə Rumıniyanın Diplomatik İnstitutu arasında Anlaşma Memorandumu imzalanıb və bu da iki təhsil müəssisəsi arasında diplomatik kadrların hazırlanması sahəsində əməkdaşlıq əlaqələrinin qurulmasına imkan verəcək. Hər iki universitet xarici siyasət və beynəlxalq münasibətlər üzrə diplomatların və mütəxəssislərin yetişdirilməsi və onların bacarıqlarının inkişafı üçün birgə tədqiqatlar həyata keçirəcək. Tərəflər həmçinin gənc diplomatların biliklərinin artırılması …

Read More »

Bu gün Novruzun üçüncü çərşənbəsidir

Bu gün Azərbaycanda Yel çərşənbəsi qeyd olunur. Boyukmillet.com xəbər verir ki, bu, Novruzun üçüncü – Yel çərşənbəsidir. Yel çərşənbəsi günündə əsən isti küləklər yazın gəlişindən xəbər verir və Novruz bayramı ərəfəsində keçirilən üçüncü çərşənbədir. Bu çərşənbə xalq arasında “Külək oyadan çərşənbə”, “Küləkli çərşənbə”, “Yelli çərşənbə”, “Külək çərşənbəsi” kimi də tanınır. Yel çərşənbəsi günü evlərdə yenə də bütün çərşənbələrdə olduğu kimi …

Read More »

XARİCDƏ TƏHSİL YOXSA BEYİN KÖÇÜ? TƏHSİL NAZİRLİYİ NİYƏ TƏDBİR GÖRMÜR?

Prezident İlham Əliyev: “Təhsil ölkəmizin ümumi inkişafına uyğun şəkildə inkişaf etməlidir və ən müasir tələblərə cavab verməlidir.” Ölkəmizdə bu gün hər kəs, hər bir qurum, hər bir ictimai təşkilat tərəfindən ən az diqqət yetirilən sahə ali təhsil sahəsidir. İstər təhsilin keyfiyyətinə, istərsə də təhsil verən ali təhsil ocaqlarına heç bir nəzarət yoxdur. Acı da olsa etiraf etməliyik ki, bu gün …

Read More »

Azərbaycanda qəzalı vəziyyətdə olan məktəb və uşaq bağçalarının təmir edilməsi təklif olunur

Azərbaycanda qəzalı vəziyyətdə olan məktəb və uşaq bağçalarının yenidən qurulması və ya əsaslı təmir edilməsi təklif olunur. Boyukmillet.com xəbər verir ki, bu, Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsman) 2022-ci il üzrə illik məruzəsində əksini tapıb. Məruzədə yerli icra hakimiyyəti orqanlarının, Elm və Təhsil Nazirliyinin və Fövqəladə Hallar Nazirliyinin birgə monitorinqlər aparmaqla regionlarda hələ də qəzalı vəziyyətdə olan məktəb və uşaq …

Read More »

Orta məktəblərdə psixoloq ştatlarının artırılması təklif edilir

Azərbaycanda orta məktəblərdə psixoloq ştatlarının artırılması təklif edilir. Boyukmillet.com xəbər verir ki, bu, Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsman) 2022-ci il üzrə illik məruzəsində əksini tapıb. Məruzədə qeyd edilib ki, orta məktəblərdə şagird sayına uyğun müəyyən edilən mövcud psixoloq ştatlarının artırılması, peşəkar və ixtisaslaşmış psixoloqların cəlb edilməsi Ombudsman tərəfindən təklif olunur.

Read More »

Azərbaycanda dövlət məktəbəqədər təhsil müəssisələrinin sayının artırılması təklif olunur

Azərbaycanda uşaq sayı və tələbat nəzərə alınmaqla, dövlət məktəbəqədər təhsil müəssisələrinin sayının artırılması təklif olunur. Boyukmillet.com xəbər verir ki, bu, Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsman) 2022-ci il üzrə illik məruzəsində əksini tapıb. Məruzədə Bakı şəhərində və ölkənin müxtəlif yaşayış məntəqələrində uşaq sayı və tələbat nəzərə alınmaqla, dövlət məktəbəqədər təhsil müəssisələrinin sayının artırılması təklif olunub.

Read More »

Azərbaycanın ali məktəblərində dövlət sifarişli yerlərin sayı artırıla bilər

Azərbaycanın ali məktəblərində dövlət sifarişli yerlərin sayı artırıla bilər. Boyukmillet.com xəbər verir ki, bu, Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsman) 2022-ci il üzrə illik məruzəsində əksini tapıb. Məruzə ilə Azərbaycan Respublikası vətəndaşlarına münasibətdə dövlət ali və orta ixtisas təhsili müəssisələrində dövlət sifarişli yerlərin sayının ödənişli ixtisas yerlərinə nisbətdə artırılması Ombudsman tərəfindən təklif olunur.

Read More »