Şənbə , 18 May 2024
Drone Cameras

Azərbaycanlı şagirdlər ABŞ-da beynəlxalq olimpiadada qızıl və gümüş medallar qazanıblar

ABŞ-ın nüfuzlu təhsil ocaqlarından biri olan Yale Universitetində keçirilən “The World Scholar’s Cup” beynəlxalq bilik olimpiadasında iştirak edən Oksbric Akademiyasının azərbaycanlı şagirdləri 2 qızıl, 15 gümüş medal qazanıb.

Boyukmillet.com xəbər verir ki, 40-dan çox ölkədən istedadlı şagirdlərin qatıldığı yarışın illik çempionlar turnesinin mükafatlandırma mərasimi universitetin “Woolsey Hall” auditoriyasında baş tutub.

Gərgin bilik yarışında həmyerlilərimiz Məryəm Məmmadova və Rəsul Qədimxanlı həm qızıl, həm də gümüş medal, Abbas Mazanlı, Maqsud Məmmədov, İslam Əfəndiyev və Kamal Zülfüqarlı isə gümüş medal qazanblar.

Azərbaycan bayrağını səhnəyə həmyerlimiz A.Mazanlı gətirib. Şagirdlərin uğurları hər kəs tərəfindən alqışlarla qarşılanıb.

Qeyd edək ki, beynəlxalq yarışda Azərbaycan nümayəndə heyəti üç məktəbdən ibarət (Avropa Azərbaycan Məktəbi, Heydər Əliyev adına Müasir Təhsil Kompleksi (MTK) və Oksbric Akademiyası) komanda ilə təmsil olunurlar.

Check Also

Azərbaycandan 77 nəfər dünyanın top universitetlərinə qəbul olub

Bu ilki xaricdə təhsil proqramı üzrə bu günə olan statistikaya görə 220 nəfər sənəd verib. …