Bazar ertəsi , 29 Aprel 2024

Elm

Azərbaycan alimləri Fransada Xurşidbanu Natəvanın abidəsinə qarşı vandalizmi pisləyib

AMEA alimləri Fransanın Evian şəhərində Azərbaycanın görkəmli şairəsi və ictimai xadimi Xurşidbanu Natəvanın abidəsinin təhqir olunmasını vandalizm aktı hesab edirlər. Boyukmillet.com xəbər verir ki, məsələ akademiyanın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun yanvarın 15-də keçirilən Elmi Şurasının genişləndirilmiş iclasında müzakirəyə çıxarılıb. AMEA-nın prezidenti akademik İsa Həbibbəyli deyib ki, X.Natəvanın Fransanın Evian şəhərində 2017-ci ildə ucaldılmış heykəlinə qırmızı boyanın atılması, heykəlin selofanla …

Read More »

Məktəblilərin qış tətilinin vaxtı açıqlanıb

Yanvarın 27-dən ümumi təhsil müəssisələrində 2023-2024-cü tədris ili üzrə qış tətili başlayacaq. Boyukmillet.com xəbər verir ki, bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi məlumat yayıb. Bildirilib ki, qış tətili 27-31 yanvar tarixlərini (5 gün) əhatə edir. İkinci yarımilin ilk dərs günü isə 1 fevralda olacaq.

Read More »

Eksternat imtahanlarının nəticələri açıqlanıb

Bakı şəhəri üzrə keçirilən eksternat qaydasında aralıq imtahanlarının nəticələri açıqlanıb. Bakı Şəhəri üzrə Təhsil İdarəsindən “Report”a verilən məlumata görə, əvvəlki illərdə ümumi orta (IX sinif) və tam orta (XI sinif) təhsil səviyyələrini başa vura bilməyən şəxslər üçün təşkil olunan imtahanlara hər iki səviyyə üzrə ümumilikdə 1 223 nəfər qatılıb. Onlardan 385 nəfər müsbət nəticə əldə edib. Eksternat imtahanlarında ümumi orta …

Read More »

Ötən il Azərbaycanda 7 sahə üzrə professor elmi adı alan olmayıb – SİYAHI

Ötən il Azərbaycanda 7 sahə üzrə professor elmi adı alan olmayıb. Bu barədə “Report”a Azərbaycan Prezidenti yanında Ali Attestasiya Komissiyasından məlumat verib. Bura mexanika, astronomiya, yer elmləri, əczaçılıq elmləri, antropologiya, siyasi elmlər və sosiologiya aiddir. Bundan başqa, keçən il ərzində 58 nəfərə professor elmi adı verilib. Həmin müddətdə professor elmi adı verilməsi ən çox texnika elmləri üzrə olub. Belə ki, bu …

Read More »

Keçən il 190 nəfərə dosent elmi adı verilib

Keçən il 190 nəfərə dosent elmi adı verilib. Həmin müddət ərzində ən çox filologiya elmləri üzrə dosent elmi adı alanlar olub. Belə ki, həmin rəqəm 36 olub. Qeyd edək ki, keçən il 99 nəfərə elmlər doktoru,526 nəfərə isə fəlsəfə doktoru elmi dərəcəsi verilib.

Read More »

Elm və Təhsil Naziriyi ilə “REM SERVİS”in qanunsuz bağça tenderi – “Üç dəfə isti yemək” müəmması…

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev sahibkarlara dəstək məqsədilə bir çox fərman və sərəncamlar imzalayıb. Prezidentin 2018-ci il 14 dekabr tarixli fərmanı ilə ölkədə kənd təsərrüfatı məhsullarının istehsalını, emalnı stimullaşdırmaq, satın alınmanı mərkəzləşdirmək üçün Kənd Təsərrüfatı Nazirliyinin Tabeliyində “Aqrar Tədarük və Təchizat” Açıq Səhmdar Cəmiyyəti yaradılıb. Bütün dövlət sifarişləri ilə bağlı alqı-satqı əməliyatları ATT-nin elektron portalında qeydiyyatdan keçməlidir. Bir müddət …

Read More »

Bayramdan sonra məktəblərdə tədrisin başlayacağı tarix açıqlanıb – RƏSMİ

Beşgünlük iş həftəsi ilə fəaliyyət göstərən ümumi və məktəbəqədər təhsil müəssisələrində bu həftə son iş günü 30 dekabr, bayramdan sonra ilk iş günü isə 7 yanvar tarixidir. Bu barədə Elm və Təhsil Nazirliyindən məlumat verilib. Qeyd olunub ki, altıgünlük iş həftəsi ilə fəaliyyət göstərən müəssisələrdə bu həftə son iş günü 30 dekabr, bayramdan sonra ilk iş günü 2024-cü ilin 4 yanvar …

Read More »

Gələn il Azərbaycanda elektron imtahanlar keçiriləcək

Elektron imtahanların standartlaşdırılması və bu imtahanların rəqəmsal əlçatanlığının artırılması hədəfinə çatmaq üçün 2024-cü ildən etibarən Dövlət İmtahan Mərkəzinin yeni imtahan korpusunda elektron imtahanların keçirilməsi nəzərdə tutulur. Boyukmillet.com xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə Azərbaycan müəllimlərinin XVI Qurultayında çıxışı zamanı deyib. DİM sədri bildirib ki, növbəti mərhələdə, ölkədə kompüter və internet olan məktəblərin lisenziyalaşmasının aparılmasından sonra …

Read More »

Ağdam, Cəbrayıl və Kəlbəcərdə məktəblər istifadəyə veriləcək

Növbəti tədris ilində Ağdam, Cəbrayıl və Kəlbəcərdə məktəblərin istifadəyə verilməsi nəzərdə tutulur. Boyukmillet.com xəbər verir ki, bu barədə elm və təhsil naziri Emin Əmrullayev Azərbaycan müəllimlərinin XVI qurultayında çıxışında deyib. Onun sözlərinə görə, azad olunan ərazilərə “Böyük Qayıdış” çərçivəsində Şuşa, Füzuli, Zəngilan, Laçın şəhər və rayonu, Tərtərin Talış və Suqovuşan ərazisində fəaliyyət göstərən məktəblərdə ümumilikdə 7 təhsil müəssisəsində 550 şagird və …

Read More »

Bu gün Azərbaycan müəllimlərinin XVI Qurultayı keçiriləcək

Bu gün Bakı Konqres Mərkəzində Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr edilən Azərbaycan müəllimlərinin XVI Qurultayı keçiriləcək. Boyukmillet.com xəbər verir ki, tədbirdə elm və təhsil naziri Emin Əmrullayev, Prezident Administrasiyasının rəsmiləri, nazirlər, nazir müavinləri, deputatlar, qonaqlar, yüzlərlə müəllim iştirak edəcək. Qurultayın birinci günündə “Ümummilli Lider Heydər Əliyev və Azərbaycan təhsili”, “İşğaldan azad edilmiş ərazilərə “Böyük Qayıdış”, “Azərbaycan dili …

Read More »