Çərşənbə axşamı , 21 May 2024
Drone Cameras

Məktəblilər arasında maarifləndirmə işləri aparılacaq

Cari ilin dekabr ayından SOCAR-ın “Azəriqaz” İstehsalat Birliyi Elm və Təhsil Nazirliyi ilə birgə ümumi təhsil müəssisələrində təbii qazdan təhlükəsiz istifadə ilə bağlı maarifləndirmə işləri aparacaq.

Layihə çərçivəsində 5, 6 və 7-ci sinif şagirdləri arasında təbii qazdan təhlükəsiz istifadə, mənzillərdə qaz iyi hiss etdikdə görülməsi vacib tədbirlər və hamam otaqlarında dəm qazından qorunma yolları barədə maarifləndirmə işlərinin aparılması nəzərdə tutulur.

Layihənin həyata keçirilməsində məqsəd şagirdlərə mavi yanacaq və qaz cihazlarından düzgün istifadənin aşılanmasıdır. Eyni zamanda azyaşlı uşaqları valideyn nəzarəti olmadan qaz cihazlarından istifadənin təhlükəsi barədə məlumatlandırmaqdır.

Check Also

11 illik orta təhsil səviyyəsi üzrə buraxılış imtahanının nəticələri elan olunub

11 illik orta təhsil səviyyəsi üzrə 3 mart 2024-cü il tarixində keçirilmiş buraxılış imtahanının nəticələri …