Çərşənbə , 1 May 2024
Drone Cameras

Cəmiyyətin dağılmasına töhfə verirlər, bu məsələyə baxılmalıdır – Samir Mirzə (VİDEO)

“Mən ailəni dövlətə bənzədirəm və milli-mənəvi dəyərlərə bağlı olan bir çox insanlar da bu fikirdədir. Ailədən sonra iş yerlərini də vətən bağına bənzətmək olar”.

Boyukmillet.com xəbər verir ki, bu sözləri jurnalist Samir Mirzə Qlobal TV-nin efirində bildirib.

Onun sözlərinə görə, ailədə problem olarsa, bütün cəmiyyətə təsir edir: “Ailəyə müqəddəs yanaşmaq lazımdır. Bəzi psixoloqlar ailə dövlətini dağıtmağa çalışır. Deyirlər ki, yola getmirsinizsə, ayrılın. Təsəvvür edin, bir ailə dövlətdirsə və sən həmin dövləti dağıdırsansa, cəmiyyəti dağıdırsan və cəmiyyətə mənfi mənada töhfə verirsən. Ötən gün baxıram, bir psixoloq çıxıb pasiyentindən danışaraq onu anormal adlandırır. Bir insan özünü onarmal hesab edib ki, sizə müraciət edir və siz onu sağaltmalısınız. Həkimsiniz, mütəxəssisiniz. Nəyə görə insanların problemlərini, gizlinlərini efirdə danışırsınız. Nə olsun ki, adını çəkmirsiniz. Cəmiyyət əgər geriləyirsə, mütləq psixoloq sahəsinə baxılmalıdır”. 

Müsahibənin davamı üçün keçid: Psixoloqa ehtiyacı olan psixoloqlar / Orxan Əli – Samir Mirzə

https://www.facebook.com/plugins/video.php?height=476&href=https%3A%2F%2Fwww.facebook.com%2FQlobaltv%2Fvideos%2F1083363693031211%2F&show_text=true&width=380&t=0

Ölkə.Az 

Check Also

Əmrullayevin gülməli QƏBUL ŞOUSU – Rəsmi qəbullar, yoxsa gözə kül üfürmək…

“Ötən aydan deyirdilər ki, nazir bu tərəflərə gələcək, vətəndaşları qəbul edəcək. Mən də fürsəti əldən …