Çərşənbə axşamı , 15 Sentyabr 2026
Drone Cameras

Rus bölməsi üzrə məktəbəhazırlıq qruplarına sərbəst qaydada məktəb və müəllim seçiminə başlanılıb

Ümumi təhsil müəssisələrinin rus bölməsi üzrə uşaqların məktəbəhazırlıq qruplarına qəbulu üçün sərbəst qaydada məktəb və müəllim seçiminə start verilib.

Bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən məlumat verilib.

Bildirilib ki, saat 11:00-dən etibarən Bakı və Gəncə şəhərlərindəki ümumitəhsil müəssisələrində rus bölməsi məktəbəhazırlıq qrupları üzrə prioritetlə seçim sərbəst qaydada seçimlə əvəz olunub.

Seçim prosesi mektebeqebul.edu.az portalı vasitəsilə aparılır.

Nəzərinizə çatdırırıq ki, internetə çıxış imkanı olmayan vətəndaşlar aidiyyəti üzrə:

– Alternativ qeydiyyat mərkəzlərinə

– Agentliyin və təhsili yerli idarəetmə bölmələrinin çağrı mərkəzlərinə

– ASAN xidmət mərkəzlərinə müraciət edə bilərlər.

Check Also

DİM təkrar keçiriləcək buraxılış imtahanı ilə bağlı müraciət etdi

Dövlət İmtahan Mərkəzi 21 iyun 2026-cı il tarixində ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə …