İtaliya “Meta”nı 805 milyon avro məbləğində cərimələyib.
Boyukmillet.com xarici mediaya istinadən xəbər verir ki, İtaliyanın Fərdi Məlumatların Mühafizəsi İdarəsi “Meta”nın “Android” istifadəçilərinin foto və videolarına onların razılığı və xəbərdarlığı olmadan giriş əldə etdiyinə görə bu addımı atıb.
İddia edilir ki, şirkət istifadəçilərə şəxsi qalereyalarından kontent paylaşmağı təklif edən “Facebook” tətbiqinin funksiyası vasitəsilə fayllara giriş əldə edib.
“Meta” bu məsələyə münasibət bildirməyib.
Boyukmillet.com Biz yanmasaq vətən yanar

