Şənbə , 27 Aprel 2024

Region

Türkiyə-İraq sərhədində PKK-nın üç terrorçusu öldürülüb

Türkiyə-İraq sərhədində PKK-nın üç terrorçusu öldürülüb. Boyukmillet.com xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb. Bildirilib ki, İraqın şimalındakı Qara bölgəsində PKK-nın üç terrorçusu öldürülüb. “Terror yuvalarını dağıtmağa davam edirik. İraqın şimalındakı Qara bölgəsində PKK-nın üç terrorçusu Türkiyə Silahlı Qüvvələri tərəfindən öldürülüb. Terrorla və terrorçularla mübarizəmiz əzmlə, artan templə davam edəcək”.

Read More »

Zaxarova: “Moskva Ermənistana Bakı ilə sülhü müzakirə etmək üçün dəvət göndərib”

Bir neçə gün əvvəl Moskva Ermənistan xarici işlər nazirinə Bakı ilə sülh müqaviləsini müzakirə etmək üçün Rusiyaya səfər dəvəti göndərib. Boyukmillet.com xəbər verir ki, bunu Rusiyanın Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib. “Keçən ilin sentyabrından başlayaraq dəfələrlə Ararat Mirzoyana sülh müqaviləsi məsələləri üzrə Moskvada məsləhətləşmələr üçün dəvət göndərilib. İrəvana sonuncu siqnal bir neçə gün əvvəl göndərilib”, – …

Read More »

Türkiyə rəsmi olaraq İsveçin NATO-ya üzvlüyünü təsdiq edib

Türkiyə rəsmi olaraq İsveçin NATO-ya üzvlüyünü təsdiq edib. Boyukmillet.com xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan parlamentdən sonra sənədi ratifikasiya edib. Müvafiq qanunun mətni rəsmi hökumət nəşri “Resmi Gazete”də dərc olunub. Bundan əvvəl yanvarın 24-də Türkiyə Böyük Millət Məclisi İsveçin NATO-ya üzv olmaq barədə müraciətinə baxıb. Gündəliyə daxil edilən məsələnin təsdiqi üçün səsvermədə iştirak edən deputatların səs çoxluğu kifayət edib. …

Read More »

KİV: Ağ ev Konqresdən F-16-ların Türkiyəyə satışına icazə verməsini istəyib

Vaşinqton administrasiyası ABŞ Konqresindən Türkiyəyə F-16 qırıcıları və modernizasiya dəstlərinin satışına ümumilikdə 20 milyard dollara razılıq verilməsini istəyib. Boyukmillet.com xəbər verir ki, bu barədə “Reuters” yazıb. Onun mənbələrinə görə, bu barədə ABŞ rəhbərliyinin qanunvericilərə göndərdiyi məktubda deyilir. Dövlət Departamentinin mətbuat xidmətinin rəis müavini Vedant Patel çərşənbə günü bildirib ki, Vaşinqton Ankaraya F-16-ları tədarük etməyə hazır olduğuna zəmanət vermir. O vurğulayıb …

Read More »

ABŞ İrana xəbərdarlıq edib

Amerika Birləşmiş Ştatları İranı Yaxın Şərqdə mövcud böhranı gərginləşdirə biləcək hərəkətlər barədə xəbərdar edir. Boyukmillet.com-un məlumatına görə, bunu ABŞ dövlət katibinin mülki təhlükəsizlik, demokratiya və insan haqları üzrə müavini Uzra Zeya deyib. “ABŞ dəfələrlə İrana və onun əlaltılarına daha geniş münaqişəyə səbəb ola biləcək hücumlara başlamaq üçün fürsətdən istifadə etməmələri barədə xəbərdarlıq edib. Biz İranın İraq və Pakistanda yerləşən bölgələrə …

Read More »

Türkiyə parlamenti İsveçin NATO-ya üzvlüyünü ratifikasiya edib

Türkiyə Böyük Millət Məclisi İsveçin NATO-ya üzv olmaq barədə müraciətinə baxıb. Boyukmillet.com xəbər verir ki, gündəliyə daxil edilən məsələnin təsdiqi üçün səsvermədə iştirak edən deputatların səs çoxluğu kifayət edib. Belə ki, sənədin lehinə 287 parlament üzvü səs verib. Parlamentin qərarı Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın müvafiq fərmanı imzalamasından sonra qüvvəyə minəcək. Beləliklə, Macarıstan yeganə NATO ölkəsi olaraq qalır ki, parlamenti …

Read More »

Türkiyə-İraq sərhədində PKK-nın üç terrorçusu təslim olub

Türkiyə-İraq sərhədində PKK-nın üç terrorçusu təslim olub. Boyukmillet.com xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb. “Onlar Haburdakı sərhəd məntəqəsində təslim olublar”, – bildirilib. Terrorçuların İraqın şimalındakı sığınacaqlarından qaçdığı qeyd edilib. Nazirlik PKK-ya qarşı əməliyyatların sonuncu terrorçu zərərsizləşdirilənə qədər davam edəcəyini xatırladıb.

Read More »

Ermənistanın XİN başçısı Azərbaycanla sülh sazişi üçün üç əsas prinsipin olduğunu deyib

Ermənistan xarici işlər naziri Ararat Mirzoyan Azərbaycanla sülh sazişi üçün üç əsas prinsipin olduğunu deyib. Boyukmillet.com xəbər verir ki, o, bu barədə keçirdiyi mətbuat konfransında danışıb. Nazir söyləyib ki, Ermənistan və Azərbaycan bir-birilərinin ərazi bütövlüyünü qeyd-şərtsiz tanımalıdır: “Sərhəd SSRİ-nin səlahiyyətli orqanları tərəfindən yaradılmış və möhkəm hüquqi bazaya malik xəritələr əsasında müəyyən edilməlidir. Bu reallığı əks etdirən ən yeni xəritələr 1974-78-ci …

Read More »

Türkiyə və İran liderlərinin sabah müzakirə edəcəkləri məsələlər açıqlanıb

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla iranlı həmkarı İbrahim Rəisinin yanvarın 24-də Ankarada müzakirə edəcəkləri məsələlər açıqlanıb. Boyukmillet.com  xəbər verir ki, bu barədə diplomatik mənbələr məlumat yayıb. Bildirilib ki, liderlər Qəzzada atəşkəsə nail olmaq və girovların azad edilməsi üçün atılacaq addımları müzakirə edəcəklər. “Qəzzadaki vəziyyət, bununla bağlı atılacaq addımlar danışıqların əsas gündəmi olacaq. Regiona humanitar yardım göstərilməsi üçün səylər də müzakirə …

Read More »

Ermənistan MN: “Rusiya şirkətləri ilə silah sahəsində bəzi məsələlər həll olunub”

İrəvan və Moskva silah sahəsində problemli məsələlərin əksəriyyətini həll ediblər. Boyukmillet.com xəbər verir ki, bu barədə “Azadlıq” radiosuna Ermənistan Müdafiə Nazirliyindən məlumat verilib. “Rusiya şirkətləri ilə silah sektorundakı problemli məsələlərin əksəriyyəti həll olunub”, – qurumdan bildirilib. Daha əvvəl qeyd edilmişdi ki, İrəvanın ödədiyi, lakin hələlik Moskva tərəfindən tədarük olunmayan silahlarla bağlı məsələ tərəfdaşlıq şəraitində həll edilməlidir.

Read More »