Bazar ertəsi , 6 May 2024

Region

Rusiya MN: Ukrayna PUA-larla Krıma hücum edib

Ukrayna pilotsuz uçuş aparatları ilə (PUA) işğal altındakı Krım yarımadasına hücum edib. Boyukmillet.com xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb. Bildirilib ki, hücum bu gün səhər saatlarında olub. Məlumata görə, hava hücumundan müdafiə sistemləri PUA-ları məhv edib. Hücumun nəticələri barədə hələ ki, məlumat yoxdur. Qeyd edək ki, Ukrayna dünən (sentyabrın 4-də) də Krıma hücum etmişdi. Xatırladaq ki, …

Read More »

İranın şimalındakı Semnan vilayətində mədəndə baş verən partlayış sonucunda 6 nəfər ölüb.

Boyukmillet.com xəbər verir ki, bu barədə IRNA məlumat yayıb. “Bazar ertəsi səhər saatlarında baş verən partlayış nəticəsində Tazre Damqan kömür mədənində dağıntılar altında qalan 6 fəhlənin meyiti tuneldən çıxarılıb”, – agentlik bildirib. Qeyd olunub ki, qəza 700 metrlik dərinliyə sahib mədənin 400 metrliyində olub.

Read More »

Ermənistan MN-in əməkdaşları girov götürüldü

İtkin düşən erməni əsgərlərin valideynləri Ermənistan Müdafiə Nazirliyinin binasına girişləri bağlayıb, Müdafiə Nazirliyinin əməkdaşlarını binadan buraxmayıblar. Boyukmillet.com xəbər verir ki, binanın girişini bağlayanlar arasında müharibə zamanı övladını, ərini itirmiş şəxslər, 44 günlük müharibədə iştirak etmiş, rütbə almış zabitlər də olub. Uzun cəhdlərdən sonra MN-in əməkdaşları əsgərlərin müşayiəti ilə binanı tərk edə biliblər. Onlar binadan çıxarkən valideynlərinin qarğış və söyüşləri ilə …

Read More »

Türkiyə və Ukrayna taxıl müqaviləsini müzakirə ediblər

Türkiyə və Ukrayna taxıl müqaviləsini, eləcə də Qara dənizdə ticarət daşımalarının davam etdirilməsini müzakirə ediblər. Boyukmillet.com xəbər verir ki, bu barədə Türkiyənin nəqliyyat və infrastruktur naziri Əbdülqadir Uraloğlu sosial şəbəkədəki səhifəsində bildirib. “Biz Ukrayna Baş nazirinin müavini, infrastruktur və ərazi inkişafı naziri Aleksandr Kubrakov ilə videokonfrans keçirdik. Görüş zamanı bu yaxınlarda dayandırılmış Taxıl Dəhlizi təşəbbüsünü, Qara dənizdə ticarət daşımalarının davam etdirilməsi …

Read More »

Erməni hərbçi elektrik cərəyanı vurması nəticəsində ölüb

Avqustun 26-da Ermənistanın N saylı hərbi hissəsinin əsgəri Şavarş Akinyan elektrik cərəyanı vurması nəticəsində ölüb. Boyukmillet.com xəbər verir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyi məlumat yayıb. Qurum bildirib ki, hadisənin başvermə şəraitinin tam aydınlaşdırılması üçün araşdırma aparılır.

Read More »

Ukrayna ordusu Krıma hücum edib, ölənlər və yaralananlar var

Ukrayna Silahlı Qüvvələri Rusiyanın işğal altındakı Krım yarımadasına hücum edib. Boyukmillet.com xəbər verir ki, 126-cı Əlahiddə Mühafizə Sahil Müdafiə Briqadasının hərbi hissəsinə zərbələr endirilib. Nəticədə üç nəfər ölüb, çox sayda insan yaralanıb. Əməliyyatın təfərrüatları məlum deyil. Xatırladaq ki, Ukrayna kəşfiyyatçıları Rusiyanın 2014-cü ildə ilhaq etdiyi yarımadada avqustun 24-də xüsusi əməliyyat keçirib.

Read More »

Xankəndidə “parlamentə” silahlı basqın: Bakı hərəkətə keçdi

Azərbaycanın rus sülhməramlıların müvəqqəti məsuliyyət zonasında olan Xankəndi şəhərində proseslər sürətlə gərginləşməkdədir. Boyukmillet.com xəbər verir ki, separatçıların rəhbəri Araik Arutyunyanın “istefa vermək” üçün “Ermənistanın da razılığını alması”, üstəlik, keçmiş separatçıbaşılar da daxil olmaqla, Xankəndidəki 8 “nüfuzlu şəxsi” bununla bağlı məlumatlandırması gərginliyi daha da artırıb. Belə ki, bu “müzakirədən” sonra yayılan məlumatda guya “siyasi elitanın” Arutyunyanı istefa verməməsi gərəkdiyinə inandırdığı iddia edilirdi. …

Read More »

İranın bu şəhərində 7 qadın fəal həbs edildi

Rəşt sakini və qadın hüquqları müdafiəçisi olan 7 xanım təhlükəsizlik qüvvələri tərəfindən həbs olunub. Boyukmillet.com xəbər verir ki, bu barədə “Bidarzəni” saytı xəbər verib. Məlumata görə, repressiv hökumət qüvvələri qadınların evlərinə basqın edərək zorakılıqla onları həbs ediblər. Qeyd edək ki, hüquq müdafiəçiləri olan bu qadınların həbsinin səbəbi, barələrində irəli sürülən ittihamlar və harada olmaları haqda dəqiq məlumat yoxdur.

Read More »

İranlı rejissor çəkdiyi filmə görə həbs edildi

Tanınmış rejissor Səid Rustayi Tehran İnqilab Məhkəməsi tərəfindən 6 ay azadlıqdan məhrum edilib. Boyukmillet.com xəbər verir ki, bu barədə “Etimad onlayn” qəzeti məlumat yayıb. Bildirilib ki, rejissor “Leylanın qardaşları” sənədli filiminin çəkilişi, ekran işinin Kann Fim Festivalında nümayiş etdirilməsinə görə cəzalandırılıb.

Read More »