Çərşənbə axşamı , 7 May 2024

Region

Fəxrəddin Altun: “Türkiyə terrorla mübarizədə tək qalır”

“Rusiya ilə Ukrayna arasındakı müharibə bir daha bizə regional və qlobal təhlükəsizliyin təmin edilməsinin nə qədər vacib olduğunu göstərdi. Rusiya-Ukrayna savaşı başladığı gündən bizi qlobal təhlükəsizliklə bağlı yenidən düşünməyə məcbur etdi”. Boyukmillet.com xəbər verir ki, bunu Türkiyə Prezidenti Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Fəxrəddin Altun İstanbul Təhlükəsizlik Forumunda çıxışı zamanı deyib. F.Altunun sözlərinə görə, beynəlxalq təhlükəsizlik sistemini təhdid edən əsas məsələlərdən biri …

Read More »

Rusiya SQ Xersonu atəşə tutub, 3 nəfər ölüb, 5 nəfər yaralanıb

Rusiya Silahlı Qüvvələrinin (SQ) Xerson şəhərini və vilayətini atəşə tutması nəticədə 3 nəfər ölüb, 5 nəfər yaralanıb. Boyukmkllet.com xəbər verir ki, bu barədə “RBC-Ukraina” Xerson Vilayət Prokurorluğuna istinadən məlumat yayıb. “Rusiya hərbi qüvvələri mayın 2-də Xerson şəhərini və regionun Belozerski icmasının bir sıra kəndlərini atəşə tutub”, – qeyd edilib. İlkin məlumata görə, Rusiya SQ mülki əhalini atəşə tutub və hava …

Read More »

Ərdoğan: “Türkiyənin silah və texnologiya istehsal etməsinin qarşısını almaq istəyirdilər”

“Biz təkcə təyyarə, helikopter, peyk, tank, raket və silah istehsal etmirik. Biz həm də texnologiya istehsal edirik”. Boyukmillet.com xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan tviterdə yazıb. O, Türkiyə Respublikasının qurucusu Qazi Mustafa Kamal Atatürkün “Gələcək göylərdədir” fikrini xatırladıb. R.T.Ərdoğan qeyd edib ki, Atatürkün işarə etdiyi fəaliyyətlərin həyata keçməsinə Vecihi Hürkuş, Selahattin Reşit Alan, Nuri Demirağ, Nuri Killigil …

Read More »

Nazir: “Bu gün PUA-lardan danışanda hər kəsin ağlına Türkiyə gəlir”

“Bu gün PUA-lardan danışanda hər kəsin ağlına Türkiyə gəlir”. Boyukmillet.com xəbər verir ki, bunu Türkiyənin sənaye və texnologiya naziri Musfata Varank Bursada İnegöl gənclik mərkəzinin açılışında çıxışı zamanı deyib. O bildirib ki, AK parti (Ədalət və İnkişaf Partiyası) 21 ildir yeni layihələr üçün çalışır: “Çünki bizim Rəcəb Tayyib Ərdoğan kimi liderimiz var. Bəzən gecə saat 2-də zəng edə, “filan işin …

Read More »

Rusiyadan Ermənistana təbii qazın verilməsi dayandırılıb

Rusiyadan Ermənistana təbii qazın verilməsi dayandırılıb. Boyukmillet.com “Aysor”a istinadən xəbər verir ki, buna səbəb Rusiyanın Stavropol vilayətində yerləşən “Şimali Qafqaz-Zaqafqaziya” magistral qaz kəmərində aparılan təmir işləridir. Qeyd olunub ki, bu gündən etibarən mayın 4-ü saat saat 20:00-dək Ermənistanda istehlakçıların qaz təchizatı daxili imkanlar hesabına həyata keçiriləcək.

Read More »

Ukrayna Quru Qoşunlarının komandanı: “Rusiya ordusu Baxmutdakı bəzi mövqelərini tərk edib”

“Rusiya qoşunları Donetsk vilayətinin Baxmut şəhərində tutduqları bəzi mövqeləri tərk edib”. Boyukmillet.com xəbər verir ki, bunu Ukrayna Silahlı Qüvvələrinin Quru Qoşunlarının komandanı, general-polkovnik Aleksandr Sırski Baxmutun müdafiəçiələri ilə görüşündə deyib. O bildirib ki, son bir neçə gündə Rusiya qüvvələrinin Liman istiqamətində çoxsaylı hücumları dəf edilib: “Düşmənin mövqelərimizi ələ keçirmək cəhdləri uğursuz alınıb. Rusiya ordusu ciddi itki verib, düşmənin 10 əsgərini …

Read More »

Türkiyənin yerli istehsal olan ilk tankının sınaqları başlayıb

Türkiyənin yerli istehsal olan “Yeni Altay” tankları sınaqlara hazırdır. Boyukmillet.com xəbər verir ki, tank kütləvi istehsaldan əvvəl 6 min sınaqdan keçiriləcək. “Yeni Altay”ın istehsalı üzərində 250-si mühəndis olmaqla 450 mütəxəssis çalışıb. Tankın kütləvi istehsalı uğurlu sınaqlardan asılıdır. Həmçinin bildirilib ki, “Yeni Altay” bir çox keyfiyyətinə görə, digər oxşar texnikalardan fərqlənir. Xatırladaq ki, “Yeni Altay” davamlılıq və təhlükəsizlik baxımından rəqiblərini üstələyir. …

Read More »

Sabah Vaşinqtonda Azərbaycan və Ermənistan XİN başçılarının görüşü keçiriləcək

Sabah ABŞ-ın paytaxtı Vaşinqton şəhərində Azərbaycan və Ermənistan XİN başçılarının görüşü keçiriləcək. Boyukmillet.com xəbər verir ki, bu barədə Ermənistan XİN məlumat yayıb. Bildirilib ki, Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan aprelin 30-da ABŞ-a işgüzar səfər edəcək. Səfər çərçivəsində onun Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla görüşünün, həmçinin Ermənistan və Azərbaycan arasında münasibətlərin tənzimlənməsinə dair sazişin müzakirəsinin növbəti raundunun keçirilməsi planlaşdırılır.

Read More »