Bazar ertəsi , 26 Oktyabr 2026
Drone Cameras

İran rəsmisi: “Qanunsuz mühacirlər ilin sonunadək İranı tərk etməlidir”

Qanunsuz mühacirlər bu ilin sonunadək (İran təqvimi ilə 2025-ci il martın 21-dək) İran ərazisini tərk etməlidir.

Boyukmillet.com xəbər verir ki, bunu İran Sərhəd Polisinin komandanı briqada generalı Əhməd Əli Qudarzi bildirib.

Onun sözlərinə görə, bu siyasət İranın təhlükəsizliyi üçün xalqın iradəsinə uyğun olaraq həyata keçirilir: “Onlar indiyədək ölkəmizin imkanlarından faydalanıblar, indi isə İranı tərk etməlidir”.

Qeyd edək ki, İranda ən çox belə mühacirlər Əfqanıstan vətəndaşlarıdır.

Check Also

Ermənistana keçən azərbaycanlı çoban geri qaytarılıb

Yolu azaraq Ermənistan ərazisinə keçən azərbaycanlı çoban Yaşar Əli oğlu Qasımov Azərbaycana qaytarılıb. Boyukmillet.com xəbər …