Bazar , 19 May 2024

Region

Nazir: “Bu gün PUA-lardan danışanda hər kəsin ağlına Türkiyə gəlir”

“Bu gün PUA-lardan danışanda hər kəsin ağlına Türkiyə gəlir”. Boyukmillet.com xəbər verir ki, bunu Türkiyənin sənaye və texnologiya naziri Musfata Varank Bursada İnegöl gənclik mərkəzinin açılışında çıxışı zamanı deyib. O bildirib ki, AK parti (Ədalət və İnkişaf Partiyası) 21 ildir yeni layihələr üçün çalışır: “Çünki bizim Rəcəb Tayyib Ərdoğan kimi liderimiz var. Bəzən gecə saat 2-də zəng edə, “filan işin …

Read More »

Rusiyadan Ermənistana təbii qazın verilməsi dayandırılıb

Rusiyadan Ermənistana təbii qazın verilməsi dayandırılıb. Boyukmillet.com “Aysor”a istinadən xəbər verir ki, buna səbəb Rusiyanın Stavropol vilayətində yerləşən “Şimali Qafqaz-Zaqafqaziya” magistral qaz kəmərində aparılan təmir işləridir. Qeyd olunub ki, bu gündən etibarən mayın 4-ü saat saat 20:00-dək Ermənistanda istehlakçıların qaz təchizatı daxili imkanlar hesabına həyata keçiriləcək.

Read More »

Ukrayna Quru Qoşunlarının komandanı: “Rusiya ordusu Baxmutdakı bəzi mövqelərini tərk edib”

“Rusiya qoşunları Donetsk vilayətinin Baxmut şəhərində tutduqları bəzi mövqeləri tərk edib”. Boyukmillet.com xəbər verir ki, bunu Ukrayna Silahlı Qüvvələrinin Quru Qoşunlarının komandanı, general-polkovnik Aleksandr Sırski Baxmutun müdafiəçiələri ilə görüşündə deyib. O bildirib ki, son bir neçə gündə Rusiya qüvvələrinin Liman istiqamətində çoxsaylı hücumları dəf edilib: “Düşmənin mövqelərimizi ələ keçirmək cəhdləri uğursuz alınıb. Rusiya ordusu ciddi itki verib, düşmənin 10 əsgərini …

Read More »

Türkiyənin yerli istehsal olan ilk tankının sınaqları başlayıb

Türkiyənin yerli istehsal olan “Yeni Altay” tankları sınaqlara hazırdır. Boyukmillet.com xəbər verir ki, tank kütləvi istehsaldan əvvəl 6 min sınaqdan keçiriləcək. “Yeni Altay”ın istehsalı üzərində 250-si mühəndis olmaqla 450 mütəxəssis çalışıb. Tankın kütləvi istehsalı uğurlu sınaqlardan asılıdır. Həmçinin bildirilib ki, “Yeni Altay” bir çox keyfiyyətinə görə, digər oxşar texnikalardan fərqlənir. Xatırladaq ki, “Yeni Altay” davamlılıq və təhlükəsizlik baxımından rəqiblərini üstələyir. …

Read More »

Sabah Vaşinqtonda Azərbaycan və Ermənistan XİN başçılarının görüşü keçiriləcək

Sabah ABŞ-ın paytaxtı Vaşinqton şəhərində Azərbaycan və Ermənistan XİN başçılarının görüşü keçiriləcək. Boyukmillet.com xəbər verir ki, bu barədə Ermənistan XİN məlumat yayıb. Bildirilib ki, Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan aprelin 30-da ABŞ-a işgüzar səfər edəcək. Səfər çərçivəsində onun Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla görüşünün, həmçinin Ermənistan və Azərbaycan arasında münasibətlərin tənzimlənməsinə dair sazişin müzakirəsinin növbəti raundunun keçirilməsi planlaşdırılır.

Read More »

Rusiya Ukraynanın mərkəzindəki şəhərə raket zərbəsi endirib

Rusiya Silahlı Qüvvələri Ukraynanın bir sıra vilayətlərinə, o cümlədən Çerkassı vilayətinə genişmiqyaslı raket hücumu nəticəsində sözügedən regionun Uman şəhərində doqquzmərtəbəli yaşayış evi raket zərbəsinə məruz qalıb. Boyukmillet.com xəbər verir ki, sosial şəbəkədə yayılan görüntülərdən çoxmərtəbəli yaşayış binasının bir blokunun çökdüyü məlum olur. Hələlik ölən və yaralananlar barədə məlumat yoxdur. Çerkassı vilayət polisinin mətbuat katibi Zoya Vovk raketin yaşayış binasına düşməsi ilə …

Read More »

Moskvada Zərifə Əliyevanın 100 illik yubileyi qeyd olunub

Aprelin 27-də Rusiyanın paytaxtı Moskvada Azərbaycan səfirliyi Heydər Əliyev Fondunun nümayəndəliyi ilə birlikdə görkəmli alim-oftalmoloq, Azərbaycan Elmlər Akademiyasının akademiki, professor Zərifə Əliyevanın 100 illik yubileyinə həsr olunmuş tədbir təşkil edib. Boyukmillet.com xəbər verir ki, tədbirdə diplomatik korpusun, Rusiya ictimaiyyətinin və diasporun nümayəndələri, Rusiyanın Azərbaycanlı Gənclər Assosiasiyasının fəalları və Moskvada təhsil alan azərbaycanlı tələbələr iştirak ediblər. Tədbirin başlanğıcında Azərbaycanın xalq artisti …

Read More »

Rusiya Dneprə zərbə endirib, 2 nəfər həlak olub

Rusiyanın aprelin 28-də səhər saatlarında Ukraynaya genişmiqyaslı raket hücumu nəticəsində Dnepr şəhərində iki nəfər həlak olub. Boyukmillet.com xəbər verir ki, bu barədə şəhərin meri Boris Filatov teleqramda bildirib. “Rusiya işğalçı ordusunun Dnepr boyunca raket hücumu gənc qadın və üç yaşlı uşağın ölümü ilə nəticələnib”, – Filatov sosial şəbəkədə qeyd edib. Xatırladaq ki, daha öncə cəbhədən uzaqda yerləşən Uman şəhərinə zərbə endirildiyinə …

Read More »

Donetsk hərbi administrasiyasının rəhbəri bölgədə ölən dinc sakinlərin sayını açıqlayıb

Mariupol və Volnovaxa şəhərləri istisna olmaqla, Ukraynanın Donetsk vilayətində indiyədək 1 436 dinc sakin həlak olub, 3 434 nəfər yaralanıb. Bunu “Report”un Şərqi Avropa bürosuna açıqlamasında Ukraynanın Donetsk vilayəti hərbi administrasiyasının rəhbəri Pavel Kirilenko bildirib. “Baxmut, Avdeyevka və Uqledar ən qaynar nöqtələr olaraq qalmaqda davam edir. Ən qanlı döyüşlər bu istiqamətlərdə gedir. Baxmut təkcə Rusiyanın qarşısının alınmasında deyil, həm də Rusiya …

Read More »