Region

Nikol Paşinyan Rusiyaya işgüzar səfərə gedib

Ermənistanın baş naziri Nikol Paşinyan iyunun 7-də Rusiyaya işgüzar səfərə gedib. Boyukmillet.com xəbər verir ki, bu barədə Ermənistan hökumətinin mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, səfər iyunun 9-dək davam edəcək. Məlumata görə, Nikol Paşinyan Avrasiya İqtisadi İttifaqının hökumətlərarası, eləcə də MDB ölkələrinin hökumət başçılarının iclasına da qatılacaq.

Read More »

Ermənistan Baş prokurorun müavini dinlənilirmiş

Ermənistanın ikinci və üçüncü prezidentləri Robert Köçəryan və Serj Sərkisyanın işlərinin araşdırılmasında iştirak edən prokurorların istefaya getməsinə səbəb onların Baş prokuror Anna Vardapetyanın ünvanına “sərt” ifadələrlə müşayiət olunan söhbətləri olub. Prokurorların otaqlarında dinləmə cihazları yerləşdirilib. Boyukmilllet.com xəbər verir ki, bu barədə “Joqovurd” qəzeti məlumat yayıb. Qeyd edək ki, dünən Ermənistanın ikinci və üçüncü prezidentlərinin işlərinin araşdırılmasında iştirak edən prokurorlar tutduqları …

Read More »

SSRİ və Rusiyanın xeyrinə casusluq edən FTB-nin eks-əməkdaşı vəfat edib

Federal Təhqiqatlar Bürosunun keçmiş əməkdaşı Robert Hanssen 79 yaşında ABŞ həbsxanasında vəfat edib. Boyukmillet.com xəbər verir ki, bu barədə CBS telekanalı Həbsxanalar Bürosunun ictimaiyyətlə əlaqələr üzrə direktoru Kristi Breşersə istinadən məlumat yayıb. “Personal təcili yardım üçün müraciət edib. Sonradan məhbusun öldüyü elan edilib”, – Breşers qeyd edib. Qeyd edək ki, Robert Hanssen 2001-ci il fevralın 20-də həbs edilib. 1985-ci ildən …

Read More »

Türkiyə iyulun 1-dən etibarən Bosfor və Dardanel boğazlarından keçid haqqını artıracaq

İyulun 1-dən Türkiyə ticarət gəmilərinin Bosfor və Dardanel boğazlarından keçməsinə görə rüsumları 8,3% artıracaq. Boyukmillet.com xəbər verir ki, bu barədə “Aydınlıq” qəzeti məlumat yayıb. Türkiyə Nəqliyyat və İnfrastruktur Nazirliyinin Dənizçilik Baş İdarəsi bildirib ki, “Montrö Boğazları haqqında Konvensiya”ya uyğun olaraq, Türkiyə boğazlarından keçən gəmilərə tətbiq edilən vergi və rüsumların əmsallarında qızıl frankın baza dəyəri 1 iyul 2023-cü il tarixindən etibarən …

Read More »

Müharibəyə görə Ukraynadan qaçan erməni biznesmen vətənində güllələnib

Ermənistanın Qeqarkunik rayonunda sakinlər arasında atışma olub. Bu barədə Boyukmillet.com Ermənistan mətbuatına istinadən xəbər verir. Məlumata görə, 44 yaşlı Karen Poqosyan 41 yaşlı Askanaz Poqosyan tərəfindən güllələnib. Yaralı xəstəxanaya yerləşdirilib. Hadisəni törədən şəxsin saxlanılıb-saxlanılmaması barədə məlumat verilmir. Qeyd edilir ki, zərərçəkmiş uzun illər Ukraynada bizneslə məşğul olub və Rusiya-Ukrayna müharibəsi başlayanda həmin ölkədən qaçıb. Zərərçəkən və hadisəni törədən şəxslərin qohum olduqları …

Read More »

Nikol Paşinyan Türkiyədə səfərdədir

Ermənistanın baş naziri Nikol Paşinyan Türkiyənin paytaxtı Ankara şəhərində səfərdədir. Boyukmillet.com xəbər verir ki, onu Ankaranın Esenboğa hava limanında Türkiyə ilə Ermənistan arasında münasibətlərin normallaşması üzrə xüsusi nümayəndə Serdar Kılıç qarşılayıb. N.Paşinyan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın səlahiyyətlərinin icrasına başlama mərasiminə qatılacaq. Hökumət başçısını Ermənistan parlamentin vitse-spikeri, Ankara ilə münasibətlərin normallaşdırılması prosesində İrəvanın xüsusi nümayəndəsi Ruben Rubinyan müşayiət edir. Bu, …

Read More »

Ərdoğan and içib – YENİLƏNİB

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan and içib. Boyukmillet.com xəbər verir ki, tədbir Türkiyə Böyük Millət Məclisində (TBMM) keçirilib. Bununla da R.T.Ərdoğan yeni prezidentlik dövrü üçün səlahiyyətlərinin icrasına başlayıb. 15:56 Yenidən Türkiyə Prezidenti seçilmiş Rəcəb Tayyib Ərdoğanın andiçmə mərasimi başlayıb. Boyukmillet.com xəbər verir ki, mərasim Türkiyə Böyük Millət Məclisində keçirilir. R.T.Ərdoğanı parlamentin müvəqqəti sədri, Milliyyətçi Hərəkat Partiyasının (MHP) sədri Dövlət Bağçalı …

Read More »

Bu gün Ərdoğanın andiçmə mərasimi keçiriləcək

Yenidən Türkiyə Prezidenti seçilmiş Rəcəb Tayyib Ərdoğan bu gün and içəcək. Boyukmillet.com xəbər verir ki, mərasim Türkiyə Böyük Millət Məclisində (TBMM) yerli vaxtla saat 14:00-da başlayacaq. Tədbirdə bir çox dünya liderlərinin, o cümlədən Azərbaycan Prezidenti İlham Əliyevin, Ermənistanın baş naziri Nikol Paşinyanın, NATO Baş katibi Yens Stoltenberqin və digər dövlət və hökumət başçılarının iştirakı gözlənilir. R.T.Ərdoğan and içəndən sonra Anıtqəbiri …

Read More »

Nikol Paşinyan dövlətə xəyanət maddəsi ilə başlanmış cinayət işi üzrə dindirilib

Ermənistanın baş naziri Nikol Paşinyan dövlətə xəyanət maddəsi ilə başlanmış cinayət işi üzrə şahid qismində dindirilib. Boyukmillet.com xəbər verir ki, bunu ölkənin İstintaq Komitəsinin sədri Argişti Kyaramyan bu gün parlamentdə çıxışı zamanı bildirib. O, hökumət başçısının məhz şahid qismində dindirildiyini açıqlayıb. Qeyd edək ki, N.Paşinyan daha əvvəl istintaqa ifadə verməyə hazır olduğunu bildirmişdi.

Read More »