Bazar , 19 May 2024

Region

Ərdoğan and içib – YENİLƏNİB

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan and içib. Boyukmillet.com xəbər verir ki, tədbir Türkiyə Böyük Millət Məclisində (TBMM) keçirilib. Bununla da R.T.Ərdoğan yeni prezidentlik dövrü üçün səlahiyyətlərinin icrasına başlayıb. 15:56 Yenidən Türkiyə Prezidenti seçilmiş Rəcəb Tayyib Ərdoğanın andiçmə mərasimi başlayıb. Boyukmillet.com xəbər verir ki, mərasim Türkiyə Böyük Millət Məclisində keçirilir. R.T.Ərdoğanı parlamentin müvəqqəti sədri, Milliyyətçi Hərəkat Partiyasının (MHP) sədri Dövlət Bağçalı …

Read More »

Bu gün Ərdoğanın andiçmə mərasimi keçiriləcək

Yenidən Türkiyə Prezidenti seçilmiş Rəcəb Tayyib Ərdoğan bu gün and içəcək. Boyukmillet.com xəbər verir ki, mərasim Türkiyə Böyük Millət Məclisində (TBMM) yerli vaxtla saat 14:00-da başlayacaq. Tədbirdə bir çox dünya liderlərinin, o cümlədən Azərbaycan Prezidenti İlham Əliyevin, Ermənistanın baş naziri Nikol Paşinyanın, NATO Baş katibi Yens Stoltenberqin və digər dövlət və hökumət başçılarının iştirakı gözlənilir. R.T.Ərdoğan and içəndən sonra Anıtqəbiri …

Read More »

Nikol Paşinyan dövlətə xəyanət maddəsi ilə başlanmış cinayət işi üzrə dindirilib

Ermənistanın baş naziri Nikol Paşinyan dövlətə xəyanət maddəsi ilə başlanmış cinayət işi üzrə şahid qismində dindirilib. Boyukmillet.com xəbər verir ki, bunu ölkənin İstintaq Komitəsinin sədri Argişti Kyaramyan bu gün parlamentdə çıxışı zamanı bildirib. O, hökumət başçısının məhz şahid qismində dindirildiyini açıqlayıb. Qeyd edək ki, N.Paşinyan daha əvvəl istintaqa ifadə verməyə hazır olduğunu bildirmişdi.

Read More »

Türkiyə parlamentinin yeni tərkibdə ilk iclası başlayıb, Ərdoğan iştirak edir

İyirmi səkkizinci çağırış Türkiyə Böyük Millət Məclisinin (TBMM) yeni tərkibdə ilk iclası başlayıb. Boyukmillet.com-un xəbərinə görə, toplantıya ən yaşlı deputat olan Milliyyətçi Hərəkat Partiyasının (MHP) sədri Dövlət Bağçalı sədrlik edir. TBMM-in keçmiş sədri Mustafa Şəntop artıq səlahiyyətlərini D.Bağçalıya təhvil verib. Yeni spiker seçilənədək qanunverici orqana MHP sədri rəhbərlik edəcək. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan iclasda iştirak edir. Toplantıda yeni seçilən …

Read More »

Paşinyan 44 günlük müharibə ilə bağlı etiraflar edəcək: “Bilməli olduğunuz vacib şeylər var”

Ermənistanın baş naziri Nikol Paşinyanın 44 günlük müharibənin şəraitinin öyrənilməsi üzrə İstintaq Komissiyasındakı çıxışı ictimaiyyətə açıqlanacaq. Bu barədə Boyukmillet.com yerli mətbuata istinadən xəbər verir. Qeyd edilir ki, Paşinyanın 44 günlük müharibənin şəraitini araşdıran komissiyada çıxışı açıq olacaq. “Bilməli olduğunuz vacib şeylər var, mən danışıqlar prosesi haqqında da danışacam. İndi diqqətimi bu mövzuya yönəldirəm, dövlətə zərər verməmək üçün nə deyəcəyimi, nədə susacağımı …

Read More »

Avropa İttifaqı Şurasının Prezidenti Qırğızıstanda səfərdədir

Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel Qırğız Respublikasında səfərdədir. Boyukmillet.com xəbər verir ki, bu barədə ölkənin Nazirlər Kabineti məlumat yayıb. Bu gün Çolpon-Atada Prezident Sadır Japarovun sədrliyi ilə “Avropa İttifaqı-Mərkəzi Asiya” 2-ci zirvə toplantısı keçiriləcək. Toplantıda Ş.Mişellə yanaşı Qazaxıstan, Tacikistan və Özbəkistan rəhbərləri də iştirak edəcək.

Read More »

Türkiyədə prezident seçkilərinin yekun nəticələri açıqlanıb

Türkiyədə prezident seçkilərinin yekun nəticələri açıqlanıb. Boyukmillet.com xəbər verir ki, bu barədə Türkiyənin Mərkəzi Seçki Komissiyasından bildirilib.Qeyd olunub ki, “Cümhur İttifaqı”ndan prezidentliyə namizəd, hakim Ədalət və İnkişaf Partiyasının (AK Parti) sədri Rəcəb Tayyib Ərdoğan 52,18 faiz səslə qalib gəlib.“Millət İttifaqı”ndan prezidentliyə namizəd, Cümhuriyyət Xalq Partiyasının (CHP) sədri Kamal Kılıçdaroğlu isə 47,81 faiz səs toplayıb.

Read More »

Rusiya Kiyevə 10 “İskəndər” raketi atıb

Ötən gecə Rusiya Silahlı Qüvvələri Ukraynanın Kiyev vilayətindəki mülki və kritik infrastruktura “İskəndər” operativ-taktiki raket kompleksindən 10 raket atıb. Boyukmillet.com xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb. Bildirilib ki, qarşı tərəfin atdığı bütün raketlər zərərsizləşdirilib. Xatırladaq ki, ötən gecə Rusiyanın Kiyevə raket hücumu nəticəsində 2-si uşaq olmaqla 3 nəfər həlak olub, 14 nəfər yaralanıb.

Read More »

Ərdoğan Orbanı andiçməsinə dəvət edib

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Macarıstanın Baş naziri Viktor Orbanla telefon danışığında avropalı siyasətçini andiçməsinə dəvət edib. Boyukmillet.com xəbər verir ki, bu barədə Orbanın mətbuat katibi Bertalan Xavaşi MTI agentliyinə bildirib. “Viktor Orban dövlət başçısını seçkilərdə qələbəsi münasibətilə təbrik edib. O qeyd edib ki, türk elektoratının qərarı və Türkiyənin sabitliyi bütün Avropa üçün yaxşı xəbərdir, çünki qitə təhlükəsizlik sahəsində bir …

Read More »